Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir. Artıq İmişli və Beyləqan rayonlarında yerləşən heyvan bazarlarında da biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Bundan başqa, qida təhlükəsizliyinin təmin olunması və sanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə hər iki bazarın ərazisində fəaliyyət göstərən iaşə obyektləri kənarlaşdırılıb. İmişli və Beyləqan heyvan bazarlarının açılması məsələsinə baxılacaq. Daha ətraflı məlumatı videosujetdən əldə edə bilərsiniz:
Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib. Bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb. Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi. Agentlik bildirir ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan satışı bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir. Göyçay rayonunda yerləşən heyvan bazarında da biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb. Belə ki, bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün rampalar və çardaqlar quraşdırılıb, kanalizasiya sistemləri yenilənib, baytar həkimin daimi nəzarətini həyata keçirməsi üçün xüsusi məntəqə inşa edilib. Eyni zamanda, baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar yaradılıb. Bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri müasir tələblərə uyğun şəkildə yenidən qurulub. Bununla yanaşı, qida təhlükəsizliyi və sanitariya normalarının təmin edilməsi məqsədilə bazar ərazisində fəaliyyət göstərən iaşə obyektləri ərazidən kənara çıxarılıb. Yaxın günlərdə Göyçay heyvan satışı bazarının açılması məsələsinə baxılacaq. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarına uyğun olaraq ölkə ərazisində heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu çərçivədə Şamaxı rayonunda yerləşən heyvan bazarında da müasir tələblərə uyğunlaşdırma işləri həyata keçirilib. Bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Bundan əlavə, qida təhlükəsizliyi və sanitar tələblərin təmin edilməsi məqsədilə iaşə obyektləri bazar ərazisindən kənara çıxarılıb. Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan Şamaxı heyvan satışı bazarının açılması məsələsinə baxılması nəzərdə tutulur. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarına uyğun olaraq ölkə ərazisində heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu çərçivədə Şamaxı rayonunda yerləşən heyvan bazarında da müasir tələblərə uyğunlaşdırma işləri həyata keçirilib. Bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Bundan əlavə, qida təhlükəsizliyi və sanitar tələblərin təmin edilməsi məqsədilə iaşə obyektləri bazar ərazisindən kənara çıxarılıb. Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan Şamaxı heyvan satışı bazarının açılması məsələsinə baxılması nəzərdə tutulur. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika (Naxçıvan Muxtar Respublikası daxil) ərazisində 2025-ci ilin 17-21 noyabr və 8-12 dekabr tarixlərində aidiyyəti qurumların iştirakı ilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, 34 rayonun (şəhər) ailə təsərrüfatılarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb edilib. Laborator müayinələr və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Livan Respublikasının Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litva Respublikasının Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstin Dövlətinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən, qeyd olunan ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə sözügedən regionlara tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası hazırlanıb. Qeyd edək ki, insan və heyvan sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə heyvan bazarları biotəhlükəsizlik tələblərinə uyğun şəkildə yenidən qurulur. Linkə keçid edərək, animasiya ilə tanış ola bilərsiniz:
Respublika ərazisində 2026-cı ilin 12-16 yanvar tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Həmçinin bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində götürülmüş nümunələr laborator müayinələrə cəlb olunacaq.
Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub. AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib. Qeyd edək ki, daha əvvəl Bərdə heyvan bazarının fəaliyyətinə icazə verilmişdi. Yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq. Agentlik bildirir ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarına uyğun olaraq ölkə ərazisində heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu çərçivədə Göyçay rayonunda yerləşən heyvan bazarında da müasir tələblərə uyğunlaşdırma işləri həyata keçirilib. Bazar ərazisində asfalt örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, giriş-çıxış nöqtələrində dezbaryerlər yaradılıb. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar təşkil edilib. Bundan əlavə, qida təhlükəsizliyi və sanitar tələblərin təmin edilməsi məqsədilə iaşə obyektləri bazar ərazisindən kənara çıxarılıb. Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan Göyçay və digər heyvan satışı bazarlarının açılması məsələsinə baxılacaq. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Atların Afrika xəstəliyi üzrə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən görülən işlər yüksək qiymətləndirilib. Belə ki, cari il ərzində atların Afrika xəstəliyi üzrə monitorinqlər keçirilib və nəzarət tədbirləri görülüb. Tələb olunan zəruri məlumatlar əsasında müvafiq hesabatlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) təqdim edilib. Görülən işlər nəticəsində 2025-ci il üzrə Azərbaycanın atların Afrika xəstəliyindən mövcud olan azad ölkə statusu 2026-cı ilin sonunda növbəti hesabat təqdim edilənə qədər ÜHST tərəfindən təsdiq olunub. Xüsusi təhlükəli heyvan xəstəlikləri üzrə baytarlıq nəzarəti tədbirləri davam etdirilir.
Giriş