
Salyan şəhəri, Y.Qasımov küçəsi 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağalarov Nizami Mirhəbib oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı 4 ədəd 1 litrlik “Organic Free” əmtəə nişanlı, 11 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik “Belaya” əmtəə nişanlı saxta spirtli içkinin satışa çıxarıldığı məlum olub. Eyni zamanda marketin qida məhsulları saxlanılan anbarında sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək iaşə müəssisəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq olunub, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.

Nəzarət tədbirləri çərçivəsində Bərdə rayonu, Bəcirəvan kəndində fəaliyyət göstərən, fiziki şəxs Abdullayev Musa Abdulla oğluna məxsus “Əli Kənan” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı baytarlıq arayışı olmayan ət məhsulları, mənşə sənədləri olmayan digər qida məhsulları aşkarlanıb. Həmçinin soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, döşəmə və divar səthlərinin təmirsiz olduğu və asan təmizlənə bilən materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçilərin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 2-4 aprel tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Samux, Lənkəran, Masallı, İmişli rayonlarında fəaliyyət göstərən 29 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Xəbər verildiyi kimi, AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı cari dövr ərzində ölkəmizə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan konkret faktlar üzrə zəruri tədbirlər görülüb. Aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa tətbiq olunub. Belə ki, Ukrayna Respublikasının “Shidzahid”, “Zagotservice”, "Myasador”, "VKP Verbovskoye" MMC istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin “Lutskaya Agrarnaya Kompaniya” şirkətinin dondurulmuş toyuq ayağı məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq olunub. Həmçinin Belarus Respublikasının SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, “Qrodnenskiy Myasokombinat OAO”nun dondurulmuş mal əti, Braziliya Federativ Respublikasının “Masterboi” istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustan Respublikasının “Azat LLC” istehsalçı şirkətinin quzu əti, Rusiya Federasiyasının “Miratorg-Kurs” istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardığı yoxlama nəticəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında fəaliyyət göstərən "Kaspian Prodakşn Layn" MMC-yə məxsus “CPL” və “Ağartı” əmtəə nişanlı süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular aşkarlanıb. Sözügedən müəssisədə yararlılıq müddəti ötmüş süd məhsullarının təkrar qablaşdırılaraq yenidən satışa çıxarılması ilə bağlı daxil olan məlumat əsasında keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, yoxlama zamanı müəssisədə kəsmiyin süzülməsi sahəsində istehlaka yararsız qatıq məhsulları, C₆H₇KO₂-Kalium sorbat (E202) qida əlavəsi aşkar edilib. Sözügedən qida qoruyucusunun istifadəsi ilə bağlı məhsulların resepturasında və etiket məlumatlarında isə hər hansı qeyd aparılmadığı müəyyən olunub. Qeyd edək ki, kalium sorbat məhsulun yararlılıq müddətini uzatmaq, bakteriyaların, kif və maya göbələklərinin qarşısının alınması üçün istifadə edilən qida əlavəsidir. Yoxlama zamanı eyni zamanda qida obyektində izlənmə sisteminin olmadığı, gigiyena qaydalarına əməl edilmədiyi, istehsal prosesində ardıcıllığının təmin edilmədiyi, çarpaz çirklənmənin baş verməsinin qarşısının alınmadığı məlum olub. Belə ki, müəssisə quru məhsul (xammal) anbarı ilə təmin edilməyib, xammal məhsulları və qablaşdırma materialları emal sahəsində saxlanılır. Məhsulların qablaşdırılması və etiketlənməsi emal sahəsində həyata keçirilir. Bundan əlavə qida obyektinin soyuducu kamerasında mal qonşuluğu qaydalarının pozulması faktı müəyyən edilib. Müəssisənin həmçinin sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, divarlarların kif ilə örtüldüyü, həmçinin korroziya əlamətləri aşkarlanıb. İstehsal və yardımçı sahələrdə havalandırma sistemlərinin quraşdılmadığı, xüsusi dolabların təşkil edilmədiyi məlum olub. Müəssisədə qatıq, xama, ərikli kəsmik, şor məhsullarından nümunə götürülərək laboratoriyaya təqdim edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək müəssisədə süd məhsullarının istehsalı ilə bağlı müvəqqəti məhdudiyyətin tətbiqi barədə qərar qəbul olunub.

“Aras Agro” MMC-nin Xaçmaz rayonu, Yalama kəndində yerləşən pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarında, həmçinin Xaçmaz-Xudat yolunda yerləşən satış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib. Baxış zamanı anbarda və satış mağazasında istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələr aşkarlanıb. Bununla yanaşı, yoxlama zamanı pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarının sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə cavab vermədiyi müəyyən olunub. Faktla bağlı istifadəyə yararsız preparatlar satışdan kənarlaşdırılıb, həmçinin şirkətə məxsus pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarının fəaliyyətinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq olunub. Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:

Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Görüşdə AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalarının qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin edilməsindəki rolu xüsusi vurğulanıb. Bu sahədə hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub. Görüş zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması və digər maraq doğulan məsələlər barədə fikir mübadiləsi aparılıb. Daha sonra Belarus nümayəndə heyəti AQTİ laboratoriyalarına baş çəkib, müasir standartlara uyğun həyata keçirilən müayinələrlə tanış olub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev laboratoriya mütəxəssislərinin beynəlxalq səriştəlilik sınaqlarında əldə etdiyi nailiyyətləri qonaqların diqqətinə çatdırıb. Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç İnstitutun apardığı tədqiqatlarla yaxından tanış olub, laboratoriyaların işini yüksək qiymətləndirib. Belarusun müvafiq sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, 98 ünvanında yerləşən, fiziki şəxs Şirinov Elvin Eyvaz oğluna məxsus "Xankəndi" restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub. Belə ki, ictimai iaşə obyektində qida məhsullarının saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimələrə cəlb olunmadığı, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda istehlaka təqdim edilən toyuq və balıq ətlərinin müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin manqal sahəsində işlərin və xidmətlərin görülməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, Y.Qasımov küçəsində fəaliyyət göstərən, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Salyan 20” aptekdə yoxlama keçirib. Baxış zamanı aptekin anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, zəruri təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı iaşə obyektinin rəhbəri Mehdiyev Mehdi Əsgər oğlu barəsində inzibati protokol tərtib olunub və anbar sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq edilib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında aprelin 10-u saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Füzuli rayonunun Əhmədbəyli kəndində fəaliyyət göstərən, fiziki şəxs Məhərrəmov Nazim Eyvaz oğluna məxsus “Banu Palace” şadlıq evində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Ağcabədi rayonu, H.Hacıyev küçəsi 141 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Vəliyev Rahib Ədalət oğluna məxsus anbarda AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı anbarda mənşə sənədləri olmayan konfet, yararlılıq müddəti bitmiş makaron və qarğıdalı yağı aşkarlanıb. Həmçinin istehlaka yararlı məhsullarla yararsız məhsulların birlikdə və birbaşa döşəmənin üzərində saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.