
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 25-i saat 10:00-da Masallı Rayon Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi informasiya sistemlərini “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 69, 117, 174, 183 və 316 nömrəli körpələr evi-uşaq bağçalarından sonra 10, 225, 234 və 307 nömrəli tam orta məktəblərdə və 49 nömrəli məktəb-liseydə görüşlər təşkil edilib.

“Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə Bakıda keçirilən ikigünlük yekun tədbir başa çatıb. AQTA tərəfindən FAO-nunu dəstəyi ilə təşkil edilən tədbir bu gün Qida Nəzarəti Sisteminin Qiymətləndirilməsinin Nəticələri üzrə Yüksək Səviyyəli Görüşlə yekunlaşıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Slovakiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Layçak arasında görüş keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat” kampaniyası davam edir. Kampaniyaya qoşulanların sayının artması ilə yanaşı, AQTA bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir.

Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin Sədri-Dövlət katibi Aleksandru Nikolae Boçunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid arasında görüş keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaxın zamanlarda “Ana südü əvəzedilməzdir” adlı layihəyə başlanılması nəzərdə tutulub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ümümdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri ilə görüşüb.