Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qida sektorunda sahibkarlığa dövlət dəstəyi artırılır
Qida sektorunda sahibkarlığa dövlət dəstəyi artırılır

Ölkədə biznes mühitinin davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə keçirilən görüşdə ətraflı müzakirə olunub.  Sahibkarlıq subyektləri üçün əlçatanlığın təmin edilməsi, prosedurların asanlaşdırılması və fasiləsiz həyata keçirilməsi məqsədilə qida təhlükəsizliyi sahəsində sistemli islahatlar aparılır, rəqəmsal xidmətlərin əhatə dairəsi genişləndirilir. Laborator müayinələrin keyfiyyəti və operativliyi yüksəldilib, idxal, ixrac əməliyyatlarının sürətli və sadələşdirilmiş üsulla icrası təmin olunub.  İdxal-ixrac əməliyyatları tam rəqəmsallaşdırılıb və proseslərin daha çevik və effektiv təşkili sahəsində sahibkarlar elektron qaydada müraciət edərək icazə sənədlərini real vaxt rejimində əldə edə bilirlər. Yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür ki, bunun nəticəsi olaraq, hazırda Azərbaycan dünyanın 73 ölkəsinə qida məhsulları ixrac edir.  Görüş zamanı iki qurum arasında sahibkarlarla daha sıx və effektiv kommunikasiyanın təmin olunması məqsədilə birgə əməkdaşlıq mexanizmlərinin yaradılması ilə bağlı razılıq əldə olunub.

Qeydiyyata alınmamış idman qidaları və bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır - Video
Qeydiyyata alınmamış idman qidaları və bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır - Video

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) istehsalı, idxalı və satışı qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilməlidir. Bununla yanaşı, sosial şəbəkələr üzərindən qeydiyyatsız və qeyri-qanuni formada satış fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaları zəruridir. Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş və qida təhlükəsizliyi sahəsində tələblərə cavab verən idmançı qidaları və BAQM-lar Agentlik  tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. Həmçinin, BAQM-ların emalına və dövriyyəsinə həmin məhsulların Agentlik tərəfindən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qadağandır. Sahibkarlara tövsiyə olunur ki, satışa təqdim etdikləri məhsulların mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı bütün zəruri sənədləri təmin etsinlər, etiketlənmə qaydalarına ciddi əməl etsinlər və istehlakçıları yanlış yönləndirə biləcək məlumatların yayılmasına yol verməsinlər. Bildiririk ki, Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir və qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görülür. Sahibkarların bu tələblərə əməl etməsi həm istehlakçıların sağlamlığının qorunmasına, həm də bazarda ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edir.   Ətraflı:

AQTA sədri Qoşqar Təhməzli ilə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş olub
AQTA sədri Qoşqar Təhməzli ilə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş olub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.  Görüşdə iki ölkə arasında bitki sağlamlığı sahəsində birgə fəaliyyət, o cümlədən zərərli orqanizmlərin erkən aşkarlanması məqsədilə süni intellekt, uzaqdan müşahidə və GIS (Geographic Information System) xəritələşmə texnologiyalarının tətbiqi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyatı, qiymətləndirilməsi və tətbiqi proseslərinin təkmilləşdirilməsi məqsədilə Latviya təcrübəsinin öyrənilməsi, o cümlədən pestisidlərin insan sağlamlığına və ətraf mühitə potensial təsirlərinin qiymətləndirilməsi üzrə Avropa İttifaqının risk əsaslı yanaşmalarının tətbiqinə dair metodoloji dəstəyin əldə edilməsi məsələləri müzakirə olunub.  Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.  Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Cəlilabadda çiyələk təsərrüfatında monitorinq keçirilib - Video
Cəlilabadda çiyələk təsərrüfatında monitorinq keçirilib - Video

Ölkədə bitki sağlamlığının qorunması və fitosanitar sabitliyin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər həyata keçirilir. Bitkiçilik məhsullarının, o cümlədən çiyələyin təhlükəsizliyinə nəzarət istehsaldan son istehlak mərhələsinədək bütün zəncir üzrə təmin olunur. Bu çərçivədə təsərrüfatlarda pestisid və aqrokimyəvi maddələrin tətbiqi, saxlanması və istifadəsinə nəzarət edilir, risk əsaslı yanaşma əsasında məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunur. Son günlər sosial şəbəkələrdə çiyələk təsərrüfatında kimyəvi maddələrdən istifadə olunması ilə bağlı yayılan görüntü dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Cəlilabad rayonunun Privolnoye kəndində fəaliyyət göstərən, fiziki şəxs Bədirov Natiq Habil oğluna məxsus çiyələk təsərrüfatında monitorinq keçirib. Təsərrüfatda mövcud olan çiyələk məhsullarından, eləcə də istifadə edilən preparatlardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda, təsərrüfat sahibi ilə maarifləndirici söhbət aparılıb, bitki mühafizə vasitələrinin düzgün tətbiqi, normativ tələblərə riayət olunması və təhlükəsizlik qaydaları ilə bağlı müvafiq izahatlar verilib.  Laborator sınaqların nəticələri yekunlaşdıqdan sonra məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.                                                                                                       Ətraflı: https://youtu.be/8t_KAv-LCDg

AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir
AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədri, UNEC-in dosenti Mehriban Məhərrəmova “Erkən kəsimə son” kampaniyasını dəstəkləyir.  Mehriban Məhərrəmova xüsusilə dişi quzuların erkən kəsiminə diqqət çəkərək bildirib ki, son illərdə görülən tədbirlərə baxmayaraq, heyvandarlıq sektorunda müəyyən geriləmələr mövcuddur. Bu geriləmələrin əsas səbəblərindən biri heyvanların inkişaf mərhələsi tamamlanmadan kəsimə yönləndirilməsidir ki, bu da həm məhsuldarlığa, həm də sektorun uzunmüddətli dayanıqlılığına mənfi təsir göstərir. AQTA yanında İctimai Şuranın sədri erkən kəsimin bioloji aspektlərlə yanaşı, iqtisadi baxımdan da səmərəsiz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dişi heyvanların dövriyyədən çıxarılması, sürünün təbii artımını zəiflədir və genetik potensialın itirilməsinə gətirib çıxarır. Bu isə gələcəkdə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər.  Mehriban Məhərrəmova bildirib ki, mütəmadi maarifləndirmə tədbirləri nəticəsində bu tendensiyanın qarşısını almaq mümkündür:  “Nəticə olaraq, erkən kəsim yalnız bu günün deyil, gələcəyin də itirilməsidir. Bu, hələ bar verməmiş ağacın kəsilməsinə bənzər bir yanaşmadır. Ona görə də bu praktikanın qarşısının alınması aqrar siyasətin prioritet istiqamətlərindən biri olmalıdır” – deyə, M. Məhərrəmova vurğulayıb.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib