Daxil olan müraciət əsasında Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əkbərov Əli İdrak oğluna məxsus toyuq kəsimi müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu olmaqla, ümumillikdə 351 oteldə və 59 keytrinq xidməti ilə məşğul olan obyektdə qiymətləndirmə həyata keçirilib.
Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi və bu məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddət ərzində həlli ilə bağlı Quba rayonunda müşavirə keçirilib.
Son zamanlar ictimai iaşə müəssisələrində, xüsusilə də ev şəraitində hazırlanan qida məhsullarının kütləvi tədbirlərdə (şənliklər və yas mərasimlərində) istehlakı nəticəsində zəhərlənmə hallarına rast gəlinir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar çərçivəsində bir sıra ictmai iaşə müəssisələrində keçirilən müxtəlif tədbirlər zamanı qida təhlükəsizliyi ilə bağlı tələblərin pozulması hallarına yol verildiyi aşkarlanır.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində fəaliyyət göstərən fiziki şəxs Cəfərova Telli Hidayət qızına məxsus ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Monidigah kəndində fəaliyyət göstərən “Şəfa” MMC-yə məxsus su istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün elan olunan növbəti, su nümunəsində codluq, xloridlər, konduktivlik və pH parametrlərinin müayinəsi üzrə səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbulunu davam etdirir.
Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidməti rəsmi internet səhifəsində “Boar's Head” və “Old Country” brendlərinin 10 may 2024-cü il və 29 iyul 2024-cü il istehsal tarixli 71 növ qida məhsulunun geri çağırılması barədə qərar elan edilib.
AQTİ-nin mütəxəssisləri tərəfindən növbəti təlim Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib.
5-9 avqust 2024-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Abşeron, İsmayıllı, Lənkəran və Ağcabədi rayonları üzrə fəaliyyət göstərən 21 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
AQTİ-nin Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatlarının “OTSC-Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb. Laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Ümumi Aflatoksin” parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib.