İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl olunmalıdır. İctimai iaşə obyektlərində sanitar-gigiyenik normalar gözlənilməli, təmizlik və dezinfeksiya işlərinə dair tələblərə əməl edilməlidir. Yuyucu maddələr və dezinfeksiyaedici vasitələr qida məhsullarının istehsal və emal olunduğu yerlərdə saxlanmamalıdır. Onların ayrıca saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməlidir. Belə maddə və vasitələr təhlükəli vəziyyətə səbəb olmaması üçün boş qida məhsulu qablarına qoyulmamalı, asanlıqla oxuna biləcək qaydada işarələnmiş xüsusi qablarda saxlanmalıdır. Təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməlidir. Həmin şəxs tərəfindən təmizlik və dezinfeksiya işlərinin dövriliyi təmin olunmalıdır. Eyni zamanda tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə və dezinfeksiyanın aparılması qaydalarına riayət edilməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Belarus Respublikasından olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva Belarusun kənd təsərrüfatı nazirinin birinci müavini Fedçenko Sergey Aleksandroviçin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qida Təhlükəsizliyi Agentliyi idxalçı müəssisələr tərəfindən ölkəmizə gətirilən qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 70, 72 m. blok 7 ünvanında fəaliyyət göstərən “Unityfood LTD” MMC-yə məxsus ticarət obyektində, eləcə də ticarət obyektinin anbarında Agentlik əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı idxalçı müəssisənin qida məhsulları üzərində bəyan edilən yararlılıq müddətini saxtalaşdırdığı müəyyən edilib.
Bitki sağlamlığı üzrə Türkiyə Respublikasından olan mütəxəssislər və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin təmsilçiləri FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olublar.
Qida məhsullarının idxal-ixracı sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə! Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məsul şəxslərinin iştirakı ilə hər həftənin cümə axşamı saat 16:00-da qida məhsullarının idxal-ixracı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün görüşlər keçiriləcək.
Respublikamıza Rusiya, Türkiyə, Ukrayna, Belarus, Çin, İran, Hindistan və digər dövlətlər daxil olmaqla, 44 ölkədən balıq və digər dəniz məhsulları, 26 ölkədən ev quşlarının əti, 23 ölkədən iribuynuzlu heyvanların əti, 20 ölkədən donuz əti idxal olunur. Təbii ki, idxal prosesi qida təhlükəsizliyi sahəsində qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Bu xüsusda cari ilin yanvar-iyul ayları ərzində respublikamıza xaricdən 21267 ton ev quşlarının əti, 7229 ton iribuynuzlu heyvanların əti, 6870 ton balıq və digər dəniz məhsulları, 2070 ton donuz əti idxal edilib. Ötən ilin eyni dövründə isə göstəricilər müvafiq olaraq, 18050, 3866, 5803, 2367 olub. Göründüyü kimi, statistik göstəricilər cari ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə respublikamıza ev quşlarının ətinin 18 %, iribuynuzlu heyvanların ətinin 87 %, balıq və digər dəniz məhsullarının 18 % çox idxal edildiyini göstərir.
Qida Təhlükəsizliyi Agentliyi istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda müntəzəm olaraq monitorinqlər həyata keçirir. Aparılan monitorinq zamanı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, N.Rəfibəyli küçəsi 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Kamal oğluna məxsus dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl olunmalıdır. İlk növbədə ictimai iaşə obyektində sanitar-gigiyenik normalar gözlənilməli, iş prosesini əhatə edən bloklar təmiz və texniki işlək vəziyyətdə saxlanılmalıdır. Döşəmə, tavan və divar səthləri hamar, təmirli, asan təmizlənə bilən olmalı və müntəzəm dezinfeksiya işlərinin aparılması təmin edilməlidir. Həmçinin döşəmə, tavan və divar səthlərində su keçirməyən, su hopdurmayan, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan, qeyri-toksik materiallardan istifadə edilməlidir. İctimai iaşə obyektləri müvafiq qaydada yerləşdirilmiş havalandırma sistemlərinə malik olmalıdır.