Cari ilin 21-25 iyun tarixlərində 18 ticarət və 35 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 9 ticarət və 24 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
AQTİ-nin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi süd və süd məhsullarının idxalı proseduruna dair yeni videoçarx hazırlayıb.
2-4 iyul tarixlərində ölkəmizdə xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Bakı Mühəndislik Universiteti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri davam etdirir.
2024-cü il 20-21 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 25 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əlişov Elman Şükür oğluna məxsus “20 saylı bazar”da plandankənar yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Ə.Nəcib küçəsində gizli fəaliyyət göstərən Zeynalov Vəlixan Azər oğluna məxsus sexdə reyd keçirib.