Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Pestisid və gübrələrin dövriyyəsi sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Pestisid və gübrələrin dövriyyəsi sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı, idxalı, saxlanması, satışı və istifadəsi sahəsində fəaliyyət göstərən şirkətlərin üzləşdiyi aktual məsələlərin və mövcud çətinliklərin müzakirəsi, eyni zamanda bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib. Görüş zamanı pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi və nəzarət tədbirləri barədə ətraflı məlumat verilib. Preparatların anbarlarda qalıq miqdarına dair statistik hesabatların vaxtında və düzgün təqdim edilməsi, anbarlarda saxlanma və təhlükəsizlik qaydalarına əməl olunması, preparatların açıq halda satışına yol verilməməsi, yalnız müvafiq rəy verilmiş anbarlardan istifadə olunması ilə bağlı tələblər sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, istifadəyə yararsız və yararlılıq müddəti bitmiş preparatlarla bağlı inventarlaşdırma komissiyasına müraciət edilməsi vacibdir, idxal olunan məhsulların laborator nəticələr əldə edilmədən dövriyyəyə buraxılması isə yolverilməzdir. Azərbaycan dilində etiketləmə tələblərinə və preparatların tətbiqi zamanı normativ tələblərə (məsarif norması, preparatın son tətbiqi ilə məhsul yığımı arasında gözləmə müddətinin nəzərə alınması və s.) ciddi əməl olunmalı, məhsulların fiziki-kimyəvi göstəricilərində dəyişiklik baş verdikdə Agentliyə əvvəlcədən məlumat verilməlidir.

“Intercontinental Hotel Baku” nəzdində fəaliyyət göstərən “Xəmsə” restoranına “5 ulduz” sertifikatı təqdim olundu
“Intercontinental Hotel Baku” nəzdində fəaliyyət göstərən “Xəmsə” restoranına “5 ulduz” sertifikatı təqdim olundu

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Intercontinental Hotel Baku” nəzdində fəaliyyət göstərən “Xəmsə” restoranında qiymətləndirmə aparılıb.  Nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və ölkədə ilk dəfə bir otelin nəzdində fəaliyyət göstərən restorana “5 ulduz” sertifikatı təqdim olunub.  “Ulduz-reytinq” layihəsi çərçivəsində ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirir və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.  Layihə çərçivəsində indiyədək 100-dən çox müraciət daxil olub, qiymətləndirmə nəticələrinə əsasən 4 restorana ən yüksək göstərici olan “5 ulduz” sertifikatı təqdim edilib.  Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Bunun üçün iaşə obyektləri info@afsi.gov.az elektron poçt ünvanına rəsmi müraciət göndərməlidirlər. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

AQTA-nın adından istifadə edən dezinfeksiya şirkətlərinə xəbərdarlıq edilib
AQTA-nın adından istifadə edən dezinfeksiya şirkətlərinə xəbərdarlıq edilib

Son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər və aparılan nəzarət tədbirləri zamanı müəyyən edilib ki, bəzi dezinfeksiya xidməti göstərən özəl şirkətlər tərəfindən Agentliyin adından sui-istifadə hallarına yol verilir. Belə ki, sözügedən şirkətlərin nümayəndələri qida sahəsində fəaliyyət göstərən obyektlərə daxil olaraq özlərini Agentliyin əməkdaşı kimi təqdim edərək, dezinfeksiya xidmətləri ilə bağlı müqavilə bağlamağı təklif edirlər. Bu xidmətlərdən imtina edildiyi halda isə obyektlərdə nəzarət tədbirlərinin aparılacağı, barələrində ciddi tədbirlərin görüləcəyi ilə bağlı əsassız iddialar irəli sürürlər. AQTA bildirir ki, Agentlik dezinfeksiya xidməti göstərən qurum deyil. AQTA-nın hər hansı dezinfeksiya xidməti həyata keçirən şirkəti mövcud deyildir. Dezinfeksiya xidmətləri göstərən şəxslər lisenziya əsasında fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektləridir.  Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qida obyektlərinin sahibləri öz müəssisələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirməli və bu tədbirlərin icrasını təsdiq edən müvafiq sənədləri saxlamalıdırlar. Agentlik isə yalnız bu tələblərə əməl olunmasına nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.  AQTA sahibkarları diqqətli olmağa çağırır və bu kimi hallarla rastlaşdıqları təqdirdə, Agentliyin adından sui-istifadə edən şəxslər və ya şirkətlər barədə “1003-Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir. Eyni zamanda, Agentliyin adından sui-istifadə edən dezinfeksiya şirkətləri belə hallara təkrar yol verəcəyi təqdirdə barələrində zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır.

Video
Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV