Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
İxrac olunan bitkiçilik məhsullarının qablaşdırma və etiketlənmə tələblərinə ciddi əməl edilməlidir
İxrac olunan bitkiçilik məhsullarının qablaşdırma və etiketlənmə tələblərinə ciddi əməl edilməlidir

Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək, beynəlxalq ticarətdə tətbiq olunan qablaşdırma və etiketlənmə tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır. Bu istiqamətdə Agentlik tərəfindən sahibkarlarla dəfələrlə görüşlər keçirilib və ixrac zamanı mümkün risklərin qarşısının alınması məqsədilə vacib məsələlər diqqətə çatdırılıb. Belə ki, ixrac olunan məhsulların etiketləri məhsul barədə bütün zəruri məlumatları əks etdirməli, tara üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növlərindən istifadə edilməlidir. Bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıqlar və taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya əsasən, təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun şəkildə işlənməlidir. Bildiririk ki, sahibkarlar ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı beynəlxalq tələblərə tam əməl etməli, məhsullar düzgün tərtibatda və təhlükəsiz şəkildə təqdim olunmalıdır. Qeyd olunan tələblərin pozulması halları gələcəkdə ixrac prosesində ciddi fəsadlara yol aça bilər. Qida Təhlükəsizliyi Agentliyi bütün sahibkarları bir daha diqqətli olmağa, beynəlxalq tələblərə ciddi yanaşmağa və ixrac prosesi zamanı heç bir riskə yol verməməyə çağırır.

AQTA yanında Məşvərət Şurasının növbəti iclası keçirilib
AQTA yanında Məşvərət Şurasının növbəti iclası keçirilib

Dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında qida sektoru üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda Məşvərət Şurasının üzvləri ilə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan mövzular müzakirə olunub.  İclasda qida məhsullarının satışı bazarları qarşısında duran çətinliklər, kənd təsərrüfatı məhsullarının satış və qablaşdırılması üçün mexanizmin formalaşdırılması, heyvanların identifikasiyası, ixrac olunan fitosanitar məhsulların beynəlxalq tələblərə uyğunluğu, pestisidlər və aqrokimyəvi maddələrin izlənmə sisteminin qurulması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.  Həmçinin təhsil müəssisələri və xəstəxanalarda qida normalarının tətbiqi ilə bağlı qanunvericiliyin tələbləri Şura üzvlərinin diqqətinə çatdırılıb. Laborator müayinələrin müddəti və risklərin qiymətləndirilməsi, müəssisələrdə HACCP sisteminin tətbiqi, dönər emalı və satışı müəssisələrində mövcud problemlər və onların həlli, eyni zamanda istehlakçıların maarifləndirilməsi zamanı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün təkliflər nəzərdən keçirilib.

Seroloji monitorinq keçiriləcək
Seroloji monitorinq keçiriləcək

Peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 14-31 iyul tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və respublikanın (Naxçıvan Muxtar Respublikası daxil) 64 rayona (şəhərə) aid 483 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının mütəxəssisləri iştirak edəcəklər. Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaqdır.

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə ixrac olunan bitki və bitkiçilik məhsullarının idxalçı ölkələrin tələblərinə uyğun etiketlənmə qaydaları barədə məlumat verilərək qeyd olunub ki, məhsulların ixracı zamanı onların etiketləri məhsulların taralarının üzərində dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmış olmalı və zəruri məlumatlarla təmin edilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növləri barədə məlumat görüş iştirakçılarının nəzərinə çatdırılıb. Görüş zamanı bitkiçilik məhsullarının daşınmasında istifadə edilən meşə materiallarından hazırlanmış altlıqların və qablaşdırma materiallarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartının (“Beynəlxalq ticarətdə taxta qablaşdırma materiallarının tənzimlənməsi”) tələblərinə uyğun formada işlənməsi diqqətə çatdırılıb, Beynəlxalq Standartların tələblərinin pozulmasının gələcəkdə ölkənin ixrac potensialına mənfi təsirləri barədə məlumat verilib.  Görüşdə idxalçı ölkənin etiketlənməyə dair tələbləri, adıçəkilən Beynəlxalq Standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair Təlimatı sahibkarlıq subyektlərinə təqdim olunub.  Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab