Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA pestisid, bioloji preparat və aqrokimyəvi maddələrin istehsalı və dövriyyəsi sahəsində nəzarət tədbirlərini davam etdirir
AQTA pestisid, bioloji preparat və aqrokimyəvi maddələrin istehsalı və dövriyyəsi sahəsində nəzarət tədbirlərini davam etdirir

Ölkədə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin (preparat) qeydiyyatı Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalara  uyğun olaraq həyata keçirilir. Həmin preparatların dövlət sınağı və qeydiyyatını təşkil etmək, həmçinin müvafiq qərarlar qəbul etmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər,  Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin nümayəndələrindən ibarət Ekspert Şurası yaradılıb. Qanunvericiliyə əsasən, preparatların dövlət sınaqları laborator ekspertiza, tarla sınağı və istehsalat sınağı mərhələlərində həyata keçirilir. Tarla və istehsalat sınaqları Kənd Təsərrüfatı Nazirliyinin 5, Elm və Təhsil Nazirliyinin isə 1 Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılır. Dövlət sınaqlarının bütün mərhələləri müsbət nəticələndikdə, preparatın qeydiyyata alınması məsələsinə Ekspert Şurasının hər ay keçirilən iclaslarında baxılır. Şurada məhsulun keyfiyyət və təhlükəsizliyinə, insan sağlamlığına, ətraf mühitə, kənd təsərrüfatına təsirləri qiymətləndirilərək qeydiyyata alınmasına dair kollegial qərarlar qəbul edilir. Qeydiyyata alınmış preparatlara şəhadətnamə verilir, reyestrə daxil edilir və ölkə ərazisində idxalına icazə verilir. İdxal olunan hər məhsul partiyası laborator müayinələrə cəlb edilir və sınaq nəticəsi uyğun olduğu təqdirdə dövriyyəyə buraxılır. Sözügedən preparatların istehsalı və idxalı fəaliyyəti üçün lisenziya AQTA-nın rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilir. Nəzarət tədbirləri bununla da bitmir. Belə ki, müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qruplar tərəfindən preparatların istehsal müəssisələrində, saxlanc anbarlarında, satış yerlərində monitorinqlər həyata keçirilir. Monitorinqlər zamanı aşkarlanan yararlılıq müddəti bitmiş, tətbiqi qadağan edilmiş, hermetikliyi pozulmuş və bu kimi digər uyğunsuzluq təşkil edən preparatlarla bağlı yuxarıda adları sadalanan nazirliklərin nümayəndələrindən ibarət inventarlaşdırma komissiyası tərəfindən qərarlar qəbul edilir. Həmin qərarlara əsasən, yararsız preparatların Aqrar Xidmətlər Agentliyinin tabeliyində “Cəngi pestisid poliqonu”na göndərilməsi təmin olunur. Bitkiçilik təsərrüfatlarında preparatların tətbiq reqlamentinə, saxlanma şəraitinə və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilməsi məqsədilə AQTA tərəfindən fitosanitar nəzarət tədbirləri həyata keçirilir, nöqsan aşkarlanmış müəssisələrlə bağlı isə bir sıra məhdudlaşdırıcı qərarlar qəbul edilir.  Aparılan monitorinqlər nəticəsində bir çox müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi preparatların anbarlarda saxlama şəraiti və təsərrüfatlarda istifadəsi ilə bağlı reqlamentlərə əməl edilməsinə gətirib çıxarıb. Sahibkarlar və fermerlər preparatların keyfiyyəti, eləcə də digər şübhəli hallarla bağlı AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.

İxracatçı sahibkarlara dəstək məqsədilə AQTİ tərəfindən növbəti təlim keçirilib
İxracatçı sahibkarlara dəstək məqsədilə AQTİ tərəfindən növbəti təlim keçirilib

Kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması və ixracatçı sahibkarlara dəstək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən növbəti maarifləndirici təlim keçirilib. Təlim zamanı bitkiçilik məhsullarının ixracı prosesində sahibkarların diqqət etməli olduqları əsas məqamlar izah olunub. Qeyd olunub ki, ixrac təyinatlı məhsul yetişdirən sahibkarlıq subyektləri öz bitkiçilik təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınmasını təmin etməlidir.  Qeydiyyatın əsas məqsədi təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək, bitki xəstəlikləri və zərərvericilərlə mübarizəni gücləndirmək, eləcə də məhsulların ixraca yararlılığını təmin etməkdir. Qeydiyyatsız təsərrüfatlardan ixrac edilən məhsulların mənşəyi məlum olmadığı üçün bəzi hallarda qarşı ölkələr tərəfindən ixraca məhdudiyyətlər tətbiq olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qeydiyyata alınmış təsərrüfatlarda monitorinqlər həyata keçirir, sahibkarlara zərərvericilərlə mübarizə üsulları və bitki mühafizə vasitələrinin düzgün istifadəsi ilə bağlı metodiki təlimatlar təqdim edir.   Vurğulanıb ki, təsərrüfatlarda bitki mühafizə tədbirlərinin düzgün təşkili də prioritet istiqamət olmalıdır. Xüsusən də idxalçı ölkə üçün karantin əhəmiyyətli bütün orqanizmlər nəzarətdə saxlanılmalı, məhsulda pestisid qalığı probleminin yaranmaması üçün pestisidlərdən istifadəyə dair təlimatlara riayət edilməli, mümkün hallarda bioloji mübarizə üsullarına üstünlük verilməlidir. Təlim  zamanı iştirakçılara ölkələrin idxal karantin tələbləri, ixrac partiyalarının formalaşdırılması, eyni zamanda sertifikatlaşdırma məsələləri və bildiriş doğuran səbəblər ətraflı şəkildə izah olunub.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab