Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA təbii mineral suların dövlət qeydiyyatı ilə bağlı sahibkarlara xəbərdarlıq edib
AQTA təbii mineral suların dövlət qeydiyyatı ilə bağlı sahibkarlara xəbərdarlıq edib

Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.6-cı maddəsində nəzərdə tutulmuş təbii mineral suların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.   Təbii mineral su – mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavə edilməyən) təbii sudur. Qanunvericiliyə əsasən, qeydiyyata alınmamış təbii mineral suların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır.  Təbii mineral suların qeydiyyata alınması üçün təqdim edilən sənədlərin mövcudluğu və düzgünlüyü araşdırıldıqdan, məhsul nümunələrinin laborator tədqiqi  aparıldıqdan sonra həmin məhsullar qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilir. Təbii mineral suların istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan sahibkarların diqqətinə çatdırırıq ki, qısa zaman ərzində məhsulların qeydiyyatı ilə bağlı qanunvericiliyə uyğun şəkildə Agentliyə müraciət edilməlidir. Sahibkarlar qeydiyyatla əlaqədar daha ətraflı məlumat almaq üçün (012) 565-12-72 (daxili: 278, 478) nömrəli telefona zəng edə və ya info@afsa.gov.az elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.

Qida ilə təmasda olan işçilər üçün gigiyena təlimi keçirilib
Qida ilə təmasda olan işçilər üçün gigiyena təlimi keçirilib

İstehlakçılara keyfiyyətli və təhlükəsiz xidmət göstərmək üçün həmin müəssisələrin əməkdaşları çalışdıqları ictimai iaşə obyektlərində sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl etməlidir. Bu sahədə məlumatlılığın artırılması və qida təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi tərəfindən qida ilə təmasda olan işçilər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib. Təlimdə “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun olaraq işçilərin şəxsi gigiyenası, ziyanvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları barədə geniş məlumat verilib. Təlimdə vurğulanıb ki, qida təhlükəsizliyinin qorunmasında işçilərin şəxsi gigiyenası mühüm rol oynayır. İctimai iaşə müəssisələrində çalışan əməkdaşların təmiz iş geyimi geyinməsi, bone və əlcəkdən istifadə etməsi, sahəyə giriş zamanı əllərini yuyaraq dezinfeksiya etməsi və dırnaqların təmiz saxlanması vacib tələblər sırasındadır. Bu qaydalara əməl olunmaması qida məhsullarının çirklənməsi və istehlakçının sağlamlığının risk altına düşməsi ilə nəticələnə bilər. Təlim çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onların bilik və bacarıqları dəyərləndirilib.

Video
Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV