Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Cənubi Hollandiya, Flevoland əyalətlərində blutanq, Rusiya Federasiyasının Kursk vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransa Respublikasının Oksitaniya, Yeni Akvitanya regionlarında isə epizootik homorraji xəstəliyi qeydə alınıb.
AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təşkil olunub. Təlim “Siti Keyterinq” QSC və “Şabran” Yaradıcılıq İstirahət Kompleksi əməkdaşları üçün keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli okyabrın 2-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin qida məhsullarının daşınması fəaliyyətlərini həyata keçirən müəssisələrin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesini davam etdirir.
27-28 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şabran, Lənkəran, Quba rayonlarında fəaliyyət göstərən 11 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
26-27 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan, qida təhlükəsizliyi, baytarlıq, fitosanitar və digər müvafiq sahələrdə çalışmaq istəyən mütəxəssisləri əməkdaşlığa dəvət edir.
WOAH-nin məlumatına əsasən, hər il dünyada 70 minə yaxın insan quduzluqdan dünyasını dəyişir. İnsanların 99 %-i bu xəstəliyə quduz itlərin dişləməsi ilə yoluxur. Vəziyyətin aktuallığı və ciddiliyi nəzərə alınaraq, hər il 28 sentyabr “Ümumdünya Quduzluq Xəstəliyi ilə Mübarizə Günü” kimi qeyd olunur.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb. Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cahit Bağcı, Avropa İttifaqı və Xarici İşlər üzrə Baş İdarə rəisi Fuat Kasımcan da iştirak edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin iştirakı ilə Şəmkir rayonunda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib.
26 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Masallı rayonunda fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.