
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar yanvarın 20-də Şəhidlər xiyabaanını ziyarət edib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Şamaxı rayonunda qida təhlükəsizliyi, baytarlıq, fitosanitar və digər müvafiq sahələrdə çalışmaq istəyən mütəxəssislər üçün işə qəbul elan edir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası” təsdiq edilib.

2023-cü il üzrə dünyanın ən yaxşı qida məkanlarının adları məlum olub. Belə ki, tanınmış səyahət platforması “Tripadvisor”da 2023-cü il ərzində turistlər arasında qida məkanları ilə bağlı səsvermə keçirilib. Nəticələrə əsasən, Bakı şəhəri dünya miqyasında qida məkanları siyahısında 13-cü yeri tutub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydaların təsdiq edilməsi haqqında” Qərar qəbul edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir.

Çox vaxt verdiyimiz qərarlar aldığımız məlumatların keyfiyyəti ilə müəyyənləşir. Şəkər istehlakını azaldıb-azaltmamağımızla bağlı verəcəyimiz qərar da şəkərli qidaların sağlamlığımıza göstərdiyi təsirlər barədə düzgün, etibarlı və elmi məlumatlara əsaslanmalıdır.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarında dəyişiklik edilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.