
Statistikaya görə, ölkəmizdə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilə qədər olan müddətdə 125% artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kq şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 q şəkərdən istifadə deməkdir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

İstehlak bazarına nəzarət və bayram günlərində əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ölkədə fəaliyyət göstərən bir çox ticarət şəbəkəsində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinq aparılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər kəsə əlavə şəkər qəbulunu azaltmaq tövsiyə olunur.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi hər kəsə sağlam və faydalı qida məhsullarından istifadə olunmasını tövsiyə edir. İnsan sağlamlığı üçün vacib hesab olunan əsas 7 qida isə aşağıdakılardan ibarətdir:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrində aşpaz, qənnadıçı-şirniyyatçı və laborant-mikrobioloq ixtisasları üzrə təhsil alan tələbələr üçün keçirilən təlimlər başa çatıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinə qarşı respublika ərazisində keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

“Sağlam məktəbli” layihəsi çərçivəsində 2023-cü il üzrə sonuncu görüşlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 1 və 158 nömrəli tam orta məktəblərdə təşkil olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara şəkərdən istifadə zamanı diqqətli olmağı və şəkər əlavə edilmiş məhsulları normadan artıq istehlak etməməyi tövsiyə edir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yanvarın 12-si saat 10:00-da Salyan Rayon İcra Hakimiyyətində Şirvan şəhəri və Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Sağlam həyat tərzinin bünövrəsini təşkil edən amillərdən birincisi balanslı qidalanmaqdır. Balanslı qidalanma orqanizmin normal fəaliyyət göstərməsi üçün yaşdan, cinsdən və fiziki aktivlikdən asılı olaraq, lazımi miqdarda yağ, zülal, karbohidrat, su, həmçinin vitamin və mineralların qəbulu deməkdir.