
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara şəkərdən istifadə zamanı diqqətli olmağı və şəkər əlavə edilmiş məhsulları normadan artıq istehlak etməməyi tövsiyə edir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yanvarın 12-si saat 10:00-da Salyan Rayon İcra Hakimiyyətində Şirvan şəhəri və Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Sağlam həyat tərzinin bünövrəsini təşkil edən amillərdən birincisi balanslı qidalanmaqdır. Balanslı qidalanma orqanizmin normal fəaliyyət göstərməsi üçün yaşdan, cinsdən və fiziki aktivlikdən asılı olaraq, lazımi miqdarda yağ, zülal, karbohidrat, su, həmçinin vitamin və mineralların qəbulu deməkdir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda ödənişsiz məlumatlandırma təlimləri təşkil olunacaq. Təlimlər 28.12.2023-29.12.2023-cü il tarixlərində saat 15:00-dan-18:00-dək AQTİ-də keçiriləcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırır

AQTİ mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.

Dekabrın 21-də Rusiya Federasiyasına "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan bir sıra əməkdaşlara “Korrupsiya ilə mübarizə və etik davranış qaydaları” mövzusunda təlimlər keçirilib.

AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası İngiltərənin “FAPAS” və “LGC” şirkətləri tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətində fitosanitar və baytarlıq nəzarəti istiqamətləri üzrə iş sistemi ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi məqsədilə bu ölkəyə işgüzar səfər edib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirir.