
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir. Bu çərçivədə hər kəsə şəkəri normaya uyğun qaydada istehlak etmək tövsiyə olunur.

Bayram günlərində bir sıra media orqanlarında guya saxta spirtli içkidən zəhərlənmə hallarının baş verməsi ilə bağlı rəsmi mənbədən dəqiqləşdirilməmiş məlumatlar, bəzi “ekspert”lərin şərhləri yayılıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sözügedən məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb.

Ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin V Plenum iclası keçirilib. Onlayn təşkil olunan iclasda komitənin üzvləri, ilk həmkarlar təşkilatlarının sədrləri və digər nümayəndələr iştirak edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçılara qida məhsullarının qablaşdırıldığı materialların mümkün zərərlərinə məruz qalmamaq üçün şüşə, saxsı, taxta qablardan və ya kağız torbalardan istifadə etmək tövsiyə olunur.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Sidi-Bu-Zid vilayətində dabaq, Moldova Respublikasının Ştefan-Voda, Drokiya, Rezina rayonlarında, Polşa Respublikasının Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

8-12 yanvar tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçirəcək.

Bayram günləri ailə və dostlarla bir araya gəldiyimiz, çeşidli yeməklərin hazırlandığı xüsusi günlərdir. Bu xoş günlərin pis xatirələrlə yadda qalmaması üçün bayram günlərində yemək hazırlama və qidalanma zamanı 6 qızıl qaydaya əməl etmək vacibdir.

Bayram süfrəsini zəngin və təmtəraqlı etmək üçün çeşid-çeşid yeməklər, növbənöv salatlar və şirniyyatlar hazırlanır. Bayram vaxtı istehlak edilməyən yeməklər isə bəzən israf olunmaması üçün sonrakı günlərə saxlanılır.

AQTİ-nin mütəxəssisləri tərəfindən “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda ikigünlük məlumatlandırma təlimləri təşkil olunub. Təlimlər qida zəncirini əhatə edən bütün sahibkarlıq subyektləri və onların əməkdaşları, habelə qida sahəsində fəaliyyət göstərmək istəyən fərdi şəxslər üçün keçirilib.

AQTİ-nin müvafiq laboratoriyaları 2023-cü il ərzində qida təhlükəsizliyi, kompleks tətqiqatlar, bitki və heyvan sağlamlığı üzrə 195 müayinə parametri üzrə “FAPAS”, “ANSES”, “VETQAS APHA SCİENTİFİC”, “VNİİKP”, “GD Animal”, “LGC Standards” və digər beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlik sınaqlarında uğurlu nəticələr əldə edib.