
Bakıda fəaliyyət göstərən marketlərdən birində satılan dovğa məhsullarının istifadə müddətlərinin bitməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, bir sıra ərazilərdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Yeni illə əlaqədar spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi vətəndaşları diqqətli olmağa çağırır.

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam etdirilir. Müəssisələrin qiymətləndirilməsi yerində və ya videoinspeksiya formatında həyata keçirilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün təlimlərə başlanıb.

Tacikistan Respublikası Hökuməti yanında Ərzaq Təhlükəsizliyi Komitəsinin sədr müavini Rano Karimzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə FAO-nun ölkəmizdəki nümayəndəliyinin təmsilçiləri AQTA və AQTİ-də olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda məlumatlandırma təlimləri təşkil olunacaq. Təlimlər 25.12.2023-26.12.2023-cü il tarixlərində saat 15:00-dan-18:00-dək AQTİ-də keçiriləcək. Təlimlərdə qida zəncirini əhatə edən bütün sahibkarlıq subyektləri və onların əməkdaşları, habelə qida sahəsində fəaliyyət göstərmək istəyən fərdi şəxslər iştirak edə bilərlər. Təlimlərlə bağlı daha ətraflı məlumat almaq istəyən şəxslər (012) 377 00 20 (daxili: 456) nömrəli telefona zəng edə bilərlər.

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihə çərçivəsində növbəti görüşlər AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı, UNICEF-in dəstəyi, Elm və Təhsil Nazirliyinin (ETN) iştirakı ilə keçirilən pilot layihədə uğur əldə edərək “Məktəblilərin qida bələdçiləri” adını qazanan, eləcə də ETN tərəfindən reallaşdırılan “Məktəblinin dostu” layihəsində təmsil olunan şəxslərin iştirakı ilə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumilikdə 9 məktəbdə təşkil olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Çin Xalq Respublikasının (ÇXR) Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti və digər quşçuluq məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub.