İnstitutun bir qrup əməkdaşı səmərəli fəaliyyətlərinə görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 5 illik yubileyi və 7 İyun-Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə təltifə layiq görülüb.
Agentliyin əməkdaşları tərəfindən Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonun Qızılağac kəndi ərazisində faəliyyət göstərən fiziki şəxs Sadıqov Zahid Qiyas oğluna məxsus yağ istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsində nodulyar dermatit, Rusiya Federasiyasının Nijeqorod vilayətində Nyukasl, Argentina Respublikasının Entre-Rios və Ekvador Respublikasının Napo, Pastasa, Morona-Santyaqo, Kanyar əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
5-6 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəmkir, Xaçmaz, İsmayıllı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
2-6 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 34 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 20 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 29 müəssisədə nöqsanlar müəyyən olunub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Amerika Birləşmiş Ştatlarının Tennessi ştatının Deyvidson dairəsində süngərvari ensefalopatiya, Tunis Respublikasının Qafsa inzibati ərazi vahidində dabaq, Rusiya Federasiyasının Yaroslav vilayətində və Meksika Birləşmiş Ştatlarının Aquaskalyentes ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlamasının 5 illik yubileyi və 7 İyun–Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə tədbir təşkil edilib.
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlamasının da 5 ili tamam olur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusunun alınması məqsədilə epizootoloji monitorinqlər keçirəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Rusiya Federasiyasında istehsal edilən “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsulları ilə bağlı əhaliyə müraciət edib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin əməkdaşları 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyalarında iştirak ediblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.