Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Bu çərçivədə məktəblilər arasında keçirilən “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 23 iyun saat 11:00-da Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Milli Monitorinq Planı çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə, Tərtər və Ağdam rayonlarında yerləşən bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında – qarışıq meyvə bağlarında (nektarin, gilas, ərik, badam), habelə pomidor istixanalarında fitosanitar müşahidələr aparılıb.
30 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində Monqolustanın ölkəmizdəki fəxri konsulu Könül Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
25-26 may tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub.
Monitorinq Planının icrası çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Muğanlı kəndi ərazisində fəaliyyət göstərən fiziki şəxs Ələsgərov Xəqani Əliağa oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama aparılıb.