26 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz rayonunda bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 8 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının müdafiəsi, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
25 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağcabədi rayonunda bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirib. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində sonuncu görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 27 nömrəli tam orta məktəbdə təşkil olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını təşkil edir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.
Ölkə ərazisində satışda olan düyü məhsullarının saxtalaşdırılması, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar və Agentliyə daxil olan müraciətlər əsasında monitorinqlər aparılıb.
24 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 6 aptek və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə nöqsanlar müəyyən olunub.
Agentlik əməkdaşları tərəfindən İsmayıllı rayonu, Kürdmaşı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məcidov Azad Azər oğluna məxsus marketdə planlı yoxlama aparılıb.
Agentlik əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “Vaz” dairəsində fəaliyyət göstərən “Rov Foods” MMC-yə məxsus çörək və unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində planlı yoxlama aparılıb.
Agentlik əməkdaşları tərəfindən Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus şirniyyat sexində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
24 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Qobustan, Xaçmaz, Tovuz, Lənkəran rayonlarında bir sıra nöqsanlar aşkar olunub.