Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Sincan-Uyğur muxtar regionunda dabaq, Uelsin Pouis inzibati ərazi vahidində, Danimarka Krallığının Cənubi Danimarka regionunda və Polşa Respublikasının Velikopolsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
3 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
AQTİ mütəxəssisləri tərəfindən "Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida emalı müəssisələrində izlənəbilmə sisteminin praktiki tətbiqi metodları” mövzusunda təşkil olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Birgə Xarici Qiymətləndirmə üzrə ekspertləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
AQTİ-nin Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatlarının “Texas A&M AgriLife Research” şirkəti və USDA-Kənd Təsərrüfatı Departamenti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarına qatılıb.
Daxil olan müraciət əsasında Agentlik müfəttişləri tərəfindən DİN-nin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Bərdə rayonu ərazisində keçirilmiş reyd zamanı “GAZ-3110” markalı 11-BG-756 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizin ixrac potensialını yüksəltmək və respublikamızda istehsal olunan qida məhsullarının Avropa bazarına çıxarılmasını asanlaşdırmaq məqsədilə həyata keçirilən tənzimləmə və nəzarət tədbirləri davam etdirilir.
1 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 12 ticarət müəssisəsi, o cümlədən 5 aptek və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 12 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Azərbaycan 3 il müddətinə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) dabaq xəstəliyi üzrə Regional məsləhət qrupunun rəhbəri seçilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə növbəti epizootoloji monitorinqlər keçiriləcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində yeni yaradılmış modullar və yeniliklərlə bağlı sahibkarlar arasında məlumatlandırma və yeniliklərlə tanışlıq xarakterli görüşlərin təşkilini davam etdirir.