13 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda görüş təşkil olunub.
AQTA tərəfindən Xətai Rayon İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə adıçəkilən rayonların ərazisində heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
12 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi, o cümlədən 12 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.
12 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, İsmayıllı, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
AQTİ-nin Göygöl Regional Sınaq Laboratoriyası, Lənkəran Regional Sınaq Laboratoriyası və Tovuz Regional Sınaq Laboratoriyası, eyni zamanda İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasının Qax, Quba, Bərdə və Sabirabad regional bölmələri İngiltərənin Vetqas APHA Scientific şirkəti tərəfindən təşkil olunan laboratoriyalararası test programında bruselyoz xəstəliyinin Rozbenqal sınağı ilə təyinində uğurlu nəticə əldə edib.
Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini, Baytarlıq və qida nəzarəti departamentinin direktoru Smilqin İvan İvanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olub.
2023-cü ilin 4 aprel tarixində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 50-ci iclası keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra 7 şagirdin səhhətində yaranmış narahatlıqlarla əlaqədar aparılan araşdırmaların ilkin nəticələri ilə bağlı məlumat yayıb.
12 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib. Seçki komissiyasının qərarına əsasən cari ilin 3 fevral tarixli elanı əsasında İctimai Şuraya üzvlüklə bağlı müraciət edən hər bir vətəndaş cəmiyyəti institutunun nümayənd