Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Kompleks Tədqiqatlar Laboratoriyasının Şamaxı aqrokimya bölməsinə işə qəbul üçün müsahibə elan edir.
14 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Gədəbəy rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
14 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 12 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Məktəb-Lisey Kompleksinin şagirdləri ilə keçirilib.
Nazirlər Kabineti “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə çərçivəsində keçirilən növbəti “Peşəkarlarla görüş” "Kəsim məntəqələrində HACCP prinsiplərinin tətbiqinin təşkili" mövzusunda təşkil olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir. Belə ki, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir. Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Bazarstore” Məhdud Məsul
13 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 6 ticarət müəssisəsi, o cümlədən 8 aptek və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 10 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətləri, eləcə də qida sahəsində ictimai məlumatlılığın artırılması ilə bağlı maarifləndirici görüşlər davam etdirilir. Bu çərçivədə növbəti görüş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçuları üçün təşkil olunub.