Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Cəyirli kəndində fəaliyyət göstərən, Rüstəmov Pərviz Qəzənfər oğluna məxsus “Kəlbəcər” kafesində yoxlama keçirib. Baxış zamanı mətbəxdə divar və tavan səthlərinin təmirsiz olduğu, işçi heyətin gigiyena qaydalarına əməl etmədiyi, emal prosesində istifadə olunan suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi, Sloveniya Respublikasının Cənub-Şərqi Sloveniya, Mərkəzi Sloveniya, Aşağı Posavska, Zasavska regionlarında, Bolqarıstan Respublikasının Sofiya, Qabrovo vilayətlərində blutanq xəstəliyi, Yunanıstan Respublikasının Epir və Qərbi Makedoniya inzibati ərazi vahidində, Liviya Dövlətinin Tripoli dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Portuqaliya Respublikasının Santarem dairəsində, İspaniya Krallığının Andalusiya muxtar icmasında, Norveç Krallığının Nurlann bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Saatlı rayonu, Fətəlikənd kəndində fəaliyyət göstərən, Həsənov Budax İsmayıl oğluna məxsus süd qəbulu məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən edilib. Belə ki, müəssisədə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, alət və avadanlıqlar üçün təchiz olunmuş yuma sahələrinin tələblərə uyğun təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi, qəbul sahəsində döşəmənin asan yuyulub təmizlənən materialla üzlənmədiyi, giriş hissədə dezinfeksiyaedici baryerin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Bakıda “Bitki mühafizə vasitələri, aqrokimyəvi maddələr, o cümlədən davamlı üzvi çirkləndiricilərin beynəlxalq ticarəti” mövzusunda maarifləndirici seminar keçirilib. Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri, pestisid və aqrokimyəvi maddə idxalçıları iştirak edib. Seminarda “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı nəzərdə tutulan dəyişikliklər barədə ətraflı məlumat verilib. Layihədə nəzərdə tutulan yeniliklərin idxal proseslərinə tətbiqi, beynəlxalq ticarətdə mövcud tənzimləmələr və bu sahədə şəffaflığın artırılmasına dair izahlar edilib. Sonda müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 78 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 10 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 8-i tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu tam təmin edilərək fəaliyyəti bərpa olunub, 2-də isə müvafiq tədbirlər görülməkdədir. Sözügedən müəssisələr aşağıdakılardır:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan şəhəri, S.Qazıyeva küçəsində fəaliyyət göstərən, Nəsirov Cəmil Nəsir oğluna məxsus “Elit” kafesində yoxlama keçirib. Baxış zamanı mətbəxdə divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida məhsullarının müvafiq temperaturda saxlanmadığı, emal prosesində istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Sentyabrın 5-də Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib. İclasdan sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı” və digər sənədlər imzalanıb. Budapeştdə keçirilən XI iclasın iki ölkənin ticarət, biznes, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti yüksək dəyərləndirilir.
Bərdə rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən, Bayramov Samir Səfiyar oğluna məxsus “Oliqarx” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş təkrar baxış zamanı ilkin yoxlamada aşkarlanan nöqsanların aradan qaldırılmadığı məlum olub. Belə ki, restoranda ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, emalı zamanı istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, işçi heyətin gigiyena qaydalarına əməl etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı sahibkar barəsində təkrar inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən, Allahverdiyev Elçin Ədalət oğluna məxsus “Dəli Kür” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, emal prosesində istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, mətbəxdə divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin mövcud olmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 11-i saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Tovuz rayonu, Qazıqulu kəndində fəaliyyət göstərən, fiziki şəxs Xalıqverdiyev Asif İdris oğluna məxsus kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitariya norma və qaydalarının pozulduğu məlum olub. Belə ki, kafedə qida məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Həmçinin etiket məlumatları və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanədək mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonu, M.Şəhriyar küçəsində fəaliyyət göstərən, Şahbazov Rövşən Barat oğluna məxsus “Xan Çinar” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə temperatur rejiminə əməl olunmadığı, emal prosesində istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, mətbəxdə döşəmə, divar və qida ilə təmasda olan səthlərin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, istifadə edilən alət və avadanlıqların korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanədək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Giriş