Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı məhsullarının təhlükəsiz istehsalının təmin edilməsi, zərərli orqanizmlərin nəzarətdə saxlanılması və beynəlxalq fitosanitar tələblərə uyğunluğun artırılması istiqamətində tədbirlərini davam etdirir. Bu çərçivədə nar və xurma istehsalında qida təhlükəsizliyi və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə yerli istehsalçılarla görüş keçirilib. Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizlik və uyğunluğun təmin olunmasına dair bir sıra mühüm məsələlər müzakirə edilib. Zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi ilə bağlı tövsiyələr verilib. Tədbirdə pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün önəmli olduğu vurğulanıb. Bildirilib ki, məhsulların qablaşdırılmasında istifadə olunan ağac mənşəli materialların ISPM 15 beynəlxalq standartlarına cavab verməsi vacibdir. Bu xüsusilə ixrac prosesində fitosanitar risklərin minimuma endirilməsi baxımından əhəmiyyətlidir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 4-ü saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Beca, Mahdiya, Aryana, Sfax, Zaqvan, Sidi Bu Zid, Manuba, Bizerta, Ben-Arous, Zaqvan, Susa, Silyana, Nabul, Cenduba, Le Kef, Tunis, Monastir, Əl-Qeyrəvan, Kasserin vilayətlərində nodulyar dermatit xəstəliyi, Mərakeş Krallığının Kasablanka-Settat regionunda, Xorvatiya Respublikasının Zaqrebaçka bölgəsində blutanq xəstəliyi, Bolqarıstan Respublikasının Pazarcik vilayətində isə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Daxil olan müraciət əsasında Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, Əliyev Firus Vilayət oğluna məxsus “Şəhla” baytarlıq aptekində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ilin iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub.
Yağlı qaraciyər – qaraciyər hüceyrələrində həddindən artıq yağ yığılması ilə xarakterizə olunan bir vəziyyətdir. Qaraciyərinizdə yağlanma problemi varsa, kalori qəbulunu məhdudlaşdırmaq və tədricən çəki itirmək qaraciyərdəki yağ miqdarını azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edə bilər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Mollalı kəndində fəaliyyət göstərən, Mehdiyev Vüsal Vəli oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyi 2025-ci il 28 sentyabr - 8 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək III MDB Oyunları zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar ictimai iaşə sahəsində fəaliyyət göstərən hotel və restoran nümayəndələri ilə Gəncə şəhərində görüş keçirib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 19-u saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyada blutanq, dabaq və yüksək patogen quş qripi xəstəliyinə yeni yoluxma halları baş verib. Hazırda 61 ölkədə yüksək patogen quş qripi, 28 ölkədə blutanq, 18 ölkədə dabaq, 11 ölkədə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, 10 ölkədə isə Nyukasl xəstəliyi mövcuddur. Ümumilikdə 15 xəstəlik üzrə 85 ölkəyə və yaxud ölkə daxilindəki regionlara məhdudiyyətlər tətbiq edilib.
Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib. Səfərin məqsədi Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki qabaqcıl təcrübəsini öyrənmək və bu sahədə əməkdaşlığı genişləndirməkdir. Görüş zamanı qonaqlara İnstitutun fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi sistemləri, laboratoriya imkanları və beynəlxalq standartlara uyğun idarəetmə mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə məlumatlandırılıb. Görüşdən sonra qonaqlar AQTİ-nin laboratoriyalarına baxış keçirib, laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Həmçinin səyyar laboratoriyalar ilə tanışlıq zamanı qeyd olunub ki, burada mobillik və çeviklik ön plandadır. Bu laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq bir çox fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqların aparılması üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. Xatırladaq ki, ötən gün Özbəkistan nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) görüş keçirilib. Görüşdə Agentliyin fəaliyyəti ilə bağlı təqdimatlar edilib, iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib. Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-epidemioloji rifah və ictimai sağlamlıq komitəsi sədrinin birinci müavini Nurmat Atabekovun başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib, təcrübə mübadiləsi aparılıb.
Giriş