Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Ticarət şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib
Ticarət şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib

Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinə vətəndaşlardan daxil olan, həmçinin sosial şəbəkələr vasitəsilə yayımlanan bütün şikayətlər operativ şəkildə araşdırılır və qanunvericiliyə uyğun zəruri tədbirlər görülür. Bu sahədə mövcud olan problemlər və onların həlli məqsədilə ticarət şəbəkələrinin məsul şəxsləri ilə onlayn görüş keçirilib. Tədbirdə ticarət şəbəkələrində satışı həyata keçirilən məhsullar barədə daxil olan müraciətlərlə bağlı məlumat verilib. Bildirilib ki, şikayətlər əsasən məhsulların saxlanması zamanı temperatur rejiminə riayət edilməməsi, saxlanma qaydalarının pozulması, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmaması, yararlılıq müddəti bitmiş, aşkar korlanma əlamətləri olan məhsulların satışı, marketlərdə məhsulların daşınması zamanı yol verilən nöqsanlar və digər faktlar olub. Qeyd olunub ki, ticarət şəbəkələrinin məsul şəxsləri qida təhlükəsizliyi tələblərinə daxili qaydada nəzarəti təmin etməklə, uyğunsuzluqların qarşısının alınması ilə bağlı zəruri tədbirlər görməlidir, eləcə də mediada yayımlanan məlumatlarla bağlı daxili araşdırma aparıb nəticələri və görülən işlərlə bağlı rəsmi açıqlamalar verməsi məqsədəuyğun hesab edilir. Daha sonra sahibkarların sualları cavablandırılaraq, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Bitkiçilik məhsullarının ixracına hazırlıqla bağlı sahibkarlarla görüş keçirilib
Bitkiçilik məhsullarının ixracına hazırlıqla bağlı sahibkarlarla görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyi payız mövsümü ilə əlaqədar bitkiçilik məhsullarının ixracına hazırlıq məqsədilə bitkiçilik məhsullarının istehsalı, idxalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirib. Görüşdə “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev və “Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Nemət Seyfullayev də iştirak edib. Tədbirdə Agentliyin sədr müavini Əziz Şərifov ölkədə bitkiçilik məhsullarının ixrac potensialının artırılması istiqamətində AQTA tərəfindən həyata keçirilən dəstək tədbirlərindən söz açıb, ixrac prosesində istehsalçı və ixracatçıların qarşılaşa biləcəyi məsələlərdən danışıb, mövcud tələblər və idxalçı ölkələrin standartlarına uyğunluğun təmin edilməsi ilə əlaqədar geniş məlumat verib. Görüşdə idxalçı ölkələrin bitkiçilik məhsullarına dair fitosanitar tələblərinə, həmçinin məhsulların etiketlənməsi və qablaşdırmasına dair tələblərə ciddi şəkildə əməl edilməsinin vacibliyi vurğulanıb. Taxta materiallarına dair beynəlxalq tələblər, pestisid qalıqlarının yol verilən miqdarı, istehsalatda sağlam əkin materiallarından istifadə olunması kimi məsələlər də sahibkarların diqqətinə çatdırılıb.  Sonda sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab