Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Naxçıvanda qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq
Naxçıvanda qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovla görüş keçirib.  Görüş zamanı Naxçıvanda biotəhlükəsizliyin qorunması, o cümlədən heyvan xəstəliklərindən azad zonaların yaradılması və heyvan mənşəli məhsulların ixrac imkanlarının genişləndirilməsi imkanları müzakirə olunub. Qeyd olunub ki, dabaq xəstəliyi üzrə ilkin mərhələdə peyvəndləmə ilə azad statusun əldə olunması məqsədilə epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Heyvan xəstəliklərindən azad statusun alınması, həmçinin heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmalarına mühüm töhfə verəcək.  Görüş zamanı heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, idxal-karantin məntəqələrinin, laboratoriyaların yaradılması və digər məsələlər də müzakirə olunub.  Səfər çərçivəsində Naxçıvan ərazisində, xüsusilə Muxtar Respublikanın gələcəkdə tranzit potensialını nəzərə alaraq, qida təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiq strukturun qurulması imkanları yerində dəyərləndirilib.

AQTA meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
AQTA meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib. Bildiririk ki, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı beynəlxalq standartların və idxalçı ölkələrin tələblərinin pozulması gələcəkdə ixrac potensialına mənfi təsir göstərməklə yanaşı, müəyyən qadağalara da səbəb ola bilər. İxrac olunan bitkiçilik məhsullarının qablaşdırılmasında istifadə edilən bəzi materiallara yapışqanlı stikerlərlə vurulan etiket məlumatları beynəlxalq standartların tələblərinə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm olmalıdır. Tələblərə əməl edilmədikdə bu hal idxalçı ölkələrin tələblərinin pozulmasına gətirib çıxarır ki, bu da uyğunsuzluq kimi dəyərləndirilir. Ənənəvi qablaşdırmadan müasir qablaşdırmaya keçid və beynəlxalq standartlara uyğun qablaşdırma növlərindən istifadə gələcəkdə ixrac potensialını və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini artıra bilər. Hazırda bitkiçilik məhsullarının ixracında artım dinamikası qeydə alınmaqdadır. Odur ki, bitkiçilik məhsullarının idxalçı ölkələrin etiketlənmə və qablaşdırma materiallarına dair tələblərinə, həmçinin “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş Beynəlxalq Standartların tələblərininə ciddi riayət edilməlidir. Sahibkarlar əlavə sualları yaranacağı təqdirdə, Agentliyin mərkəzi aparatına, həmçinin müvafiq regional bölmələrinə və 1003 qaynar xəttinə zəng vuraraq müraciət edə bilərlər.

Azərbaycan və Pakistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir
Azərbaycan və Pakistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib.  Görüş zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər cari ilin 24 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq haqqında Saziş”i məmnunluqla xatırlayıblar. Bildirilib ki, bu Saziş bitki sağlamlığı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, dövlət nəzarəti altında olan malların idxal və ixrac prosedurlarının sadələşdirilməsinə, bitki xəstəliklərinin qarşısının alınmasına və mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edir. 2025-ci ilin avqust ayından isə Pakistan İslam Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi Agentlik tərəfindən tanınıb. Bu qərar ixracın genişləndirilməsinə və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradıb. Görüşdə həmçinin Pakistandan Azərbaycana heyvan mənşəli məhsulların idxalının həyata keçirilməsi məqsədilə baytarlıq sertifikatlarının razılaşdırılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Video
Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV