Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Egey adalarında xırdabuynuzlu heyvanların çiçək, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və Amerika Birləşmiş Ştatlarının Ayova, Oreqon ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
30 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar müəyyən olunub.
2023-cü ilin 1-17 noyabr tarixlərində epizootiya əleyhinə Tədbirlər Planına əsasən, peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Almaniya Federativ Respublikasının Aşağı Saksoniya vilayətində blutanq xəstəliyi qeydə alınıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xarici ölkələrdə fəaliyyət göstərən və məhsulları respublikamıza idxal edilən qida obyektlərinin təsdiqi prosesini və bu istiqamətdə müvafiq tədbirləri davam etdirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şəmkir rayonunda yerləşən heyvandarlıq təsərrüfatı sahibləri ilə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda interaktiv formada görüş keçirilib.
30 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Cari il ərzində Agentliyin əməkdaşları tərəfindən 15 ölkə üzrə 224 xarici qida obyektində qiymətləndirmə aparılıb. Həmin müəssisələrdən 197-sinin təsdiqlənməsi başa çatdırılıb. 20 obyekt uyğunsuzluqların müəyyən olunmuş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilib.
27 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 12 müəssisədə nöqsanlar müəyyən olunub.