Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan bir sıra əməkdaşlara Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.
28 sentyabr - 2 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 25 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 19 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə görüşüb. Görüşdə AQTİ-nin İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov və İnstitutun Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva iştirak edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı əhalinin maarifləndirilməsi və zərərvericiyə qarşı müvafiq tədbirlər həyata keçirilir.
29 sentyabr - 2 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz rayonunda fəaliyyət göstərən 11 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri, Xaçmaz, Şamaxı, Qobustan, Bərdə, Şəmkir, Gədəbəy və Zaqatala rayonları üzrə baytar həkim vəzifəsinə işçi qəbulu elan edir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Cənubi Hollandiya, Flevoland əyalətlərində blutanq, Rusiya Federasiyasının Kursk vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransa Respublikasının Oksitaniya, Yeni Akvitanya regionlarında isə epizootik homorraji xəstəliyi qeydə alınıb.
AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təşkil olunub. Təlim “Siti Keyterinq” QSC və “Şabran” Yaradıcılıq İstirahət Kompleksi əməkdaşları üçün keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli okyabrın 2-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin qida məhsullarının daşınması fəaliyyətlərini həyata keçirən müəssisələrin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesini davam etdirir.
27-28 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şabran, Lənkəran, Quba rayonlarında fəaliyyət göstərən 11 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
26-27 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub.