Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Məmmədov Elnur Dilqəm oğluna məxsus, Gədəbəy rayonu, Slavyanka kəndində fəaliyyət göstərən “Yuxarı Narzan” restoranında Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib.
15 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar müəyyən olunub.
15 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Bakıda “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda regional seminara start verilib. “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi layihəsi” çərçivəsində keçirilən tədbir 18-20 sentyabr tarixlərini əhatə edir. Seminara layihəyə üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən mütəxəssislər və FAO-nun əməkdaşları qatılıb.
14 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub.
“Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olublar.
14 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Qax, Lənkəran rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Şimali-Hollandiya, Utrext əyalətlərində blutanq, Rusiya Federasiyasının Udmurtiya Respublikasında, Xantı-Mansi muxtar dairəsində Nyukasl, Peru Respublikasının İka regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
13 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 10 müəssisədə nöqsanlar müəyyən olunub.
13 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Göyçay, Şəki rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.