Daxil olan məlumat əsasında AQTA-nın Lənkəran-Astara regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Cəlilabad rayonunun Təzəkənd kəndində qanunsuz olaraq at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatına baxış keçirib.
Oğuz rayonu, Kərimli kəndində fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə Agentlik əməkdaşları tərəfindən planlı yoxlama aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün təlim təşkil edilib.
11 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 3 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş ölkəmizdəki nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb.
AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyası İngiltərənin “FAPAS” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında zeytun yağı nümunəsində turşuluq, peroksid və yodun miqdarının təyini üzrə uğurlu nəticələr əldə edib.
“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 28.9 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
8 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 11 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin dəstəyi ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təlim keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu müvafiq sahə üzrə Naxçıvan Muxtar Respublikasında qida təhlükəsizliyi, baytarlıq, fitosanitar və digər sahələrdə çalışmaq istəyən, baytarlıq, zootexniklik, əczaçılıq, biologiya, kimya, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, tibbi profilaktika, genetik, biokimyaçı, aqrokimya, qidalanma gigiyenası üzrə mütəxəssis, molekulyar genetik, bioloq, hüquqşünas, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Bu gün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə media subyektlərinin nümayəndələri üçün təlim keçirilir. “Qida zəncirinin əsas mərhələlərindən biri olan qida məhsullarının daşınması xidmətinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu” mövzusunda təşkil olunan təlimdə 30-a yaxın jurnalist iştirak edir.
4-5 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 18 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 20 müəssisədə nöqsanlar müəyyən olunub.