Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin nümayəndələri arasında taxta qablaşdırma materiallarının beynəlxalq fitosanitar tələblərə uyğun işlənməsi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə onlayn formatda görüş təşkil olunub.
Məlum olduğu kimi, 2025-ci ilin 20 avqust tarixindən “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” qüvvəyə minəcək. Bu istiqamətdə sahibkarların maarifləndirilməsi məqsədilə onlayn formatda görüş təşkil olunub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyə Respublikasının Ədirnə vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Hindistan Respublikasının Maxaraştra ştatında dabaq xəstəliyi, Bolqarıstan Respublikasının Köstəndil vilayətində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində blutanq xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Aberdinşir inzibati ərazi vahidində və Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən adıçəkilən ölkələrin həmin inzibati ərazi vahidlərinə, zonalaşma prinsipi nəzərə alınmaqla, ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Ağdam rayonu, Zəngişalı kəndində fəaliyyət göstərən Bayramov Babək Kamil oğluna məxsus pendir sexində plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisənin döşəmə səthlərinin təmirsiz olduğu, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, təmizlik və dezinfeksiya işlərinin həyata keçirilmədiyi müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 58 nömrəli Qərarı ilə “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilib. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir. Sözügedən Qaydalar Kodeks Alimentarius Komissiyasının “Mineral sulara dair standart CXS 108-1981”, Avropa İttifaqının 2009-cu il 18 iyun tarixli 2009/54/EC nömrəli (Directive 2009/54/EC Of the European Parliament and of the Council of 18 June 2009) və 2003-cü il 16 may tarixli 2003/40/EC nömrəli (Commission Directive 2003/40/EC of 16 May 2003) sənədləri əsas götürülərək hazırlanıb. Təbii mineral suların qeydiyyatı və etiketinə dair tələblər müvafiq olaraq “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun 17 və 25.1.6, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 58 nömrəli Qərarının 6-ci bəndinə əsasən həyata keçirilməlidir. Təbii mineral suların istehsalı və idxalı zamanı sözügedən Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara uyğunlaşdırılması işinə ciddi töhfə verəcək. Qaydalarla ətraflı linkdən tanış ola bilərsiniz: https://e-qanun.az/framework/59837
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə aparılan monitorinqlər zamanı Daşkəsən rayonunda fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə pomidor istehsalı sahəsində qida təhlükəsizliyinin və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə sahibkarlarla onlayn formatda görüş təşkil olunub. Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizliyin və uyğunluğun təmin olunmasının, həmçinin əkin sahələrinin əkindən öncə dezinfeksiyasının, eləcə də xəstəlik və zərərverici daşıyıcısı olmayan, sağlam və sertifikatlaşdırılmış əkin materiallarından istifadə olunmasının bitki sağlamlığının qorunmasında əsas şərtlərdən biri olduğu diqqətə çatdırılıb. Görüş zamanı zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik fitosanitar tədbirlərin həyata keçirilməsi, istehsal sahələrində bitki sağlamlığının izlənəbilirliyinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi ilə bağlı tövsiyələr verilib. Həmçinin, məhsulların qablaşdırılmasında istifadə olunan ağac mənşəli materialların ISPM 15 beynəlxalq standartlarına cavab verməsinin xüsusilə ixrac prosesində fitosanitar risklərin minimuma endirilməsi baxımından əhəmiyyətli olduğu qeyd olunub. Görüşdə pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün vacib olduğu vurğulanıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Heydərov Faiq Mənsim oğluna məxsus “İzmir” restoranında plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi, heyvan mənşəli məhsulların müvafiq baytarlıq sənədlərinini olmadığı, emal üçün ayrıca sahələrin təşkil edilmədiyi, manqal sahəsinin tavanında qopuqlar və soyuducuların rəflərində isə paslanma müşahidə edilib. Faktla bağlı müəssisənin vəzifəli şəxsi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında onlayn formatda görüş keçirilib. Görüşdə hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbər və ekspertləri iştirak ediblər. Toplantının əsas məqsədi bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin qeydiyyatı, ekspertizası, təhlükəsiz istifadəsi, dövriyyəsinə nəzarət və monitorinq mexanizmləri üzrə qarşılıqlı təcrübə mübadiləsi aparmaq, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək olub. Müzakirələr zamanı pestisidlərin və gübrələrin qeydiyyatı prosedurları, tətbiq olunan ekspertiza qaydaları, komponentlərin keyfiyyət və təhlükəsizlik meyarları, ekotoksikoloji və toksikoloji qiymətləndirmə metodları barədə Polşa təcrübəsi təqdim edilib. Həmçinin, sənədlərin qiymətləndirilməsi zamanı hansı hallarda ərizələrin rədd edildiyi, düzəlişdən sonra yenidən müraciət imkanı, fərqli formulasiya və konsentrasiyaların qeydiyyatı, feromon və müxtəlif rəngli məhsulların qeydiyyatı prosedurları müzakirə olunub. Tərəflər etiketləmə, məhsul keyfiyyəti və laborator parametrlərə dair tələblər barədə fikir mübadiləsi aparıblar. Görüşdə istehsal, saxlanma, satış və istifadəyə dair texniki və normativ tələblər, lisenziya və icazə prosedurları, həmçinin satış məntəqələri və anbarlarda texniki-təhlükəsizlik standartları da nəzərdən keçirilib. Sonda tərəflər bu sahədə əməkdaşlığın genişləndirilməsi, normativ-hüquqi tələblərin uyğunlaşdırılması və gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tovuz rayonu, Öysüzlü kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Anar Süleyman oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qida obyektində 24 müxtəlif əmtəə nişanlı, ümumi miqdarı 43.4 litr olmaqla 54 ədəd saxtalaşdırılmış araq məhsulu aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsulların müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi (istehsalçı adı və vöen) müəyyən olunub. Faktla bağlı ictimai iaşə müəssisəsinin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, məhsullardan nümunə götürələrək müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Qeyd olunan məhsulların satışının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş