Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, D.Bünyadzadə küçəsi 31B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əzizov Bəylər Abas oğluna məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Aparılan nəzarət tədbirləri zamanı idxal olunan bitkiçilik məhsullarında, xüsusilə də əkin-səpin materiallarında və dekorativ bitkilərdə zərərli orqanizmlərin, o cümlədən karantin tətbiq edilən növlərin aşkarlanması hallarının artdığı müşahidə olunur.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır.
“Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır. Qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir.
Zərərvericilərdən azad zonaların yaradılması imkanlarının nəzərdən keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Babək, Culfa, Şərur, Sədərək, Ordubad və Şahbuz rayonlarında genişmiqyaslı fitosanitar monitorinqlər keçirib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Qırcaəli vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Smolyan, Blaqoyevqrad vilayətlərində və Mərakeş Krallığının Fes-Meknes regionunda, Xorvatiya Respublikasının Primorsko-Qoranska, Liçko-Senska, Karlovaçka, Krapinsko-Zaqorska bölgələrində isə blutanq xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli avqustun 18-i Naftalanda Naftalan, Gəncə şəhərləri və Samux, Kəlbəcər, Daşkəsən, Göygöl, Goranboy, Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunun təmin edilməsi məqsədilə növbəti səriştəlilik sınağını elan edir. Budəfəki sınaq buğdada zərərvericilərlə zədələnmiş dənlər, şüşəvarilik, cücərmiş və sürməli dənlər, orqanoleptik göstəricilər, yaş qlütenin miqdarı, nəmlik, natura, zibil qarışığı, sedimentasiya, düşmə ədədi parametrlərinin kəmiyyətcə təyini üzrə aparılacaq.
Astara şəhəri, Gənclər küçəsində fəaliyyət göstərən fiziki şəxs Mikayılova Aynur Adil qızına məxsus "Sahil" kafesində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş