Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Beynəlxalq təşkilatların iştirakı ilə Gəncədə simulyasiya təlimi keçirilib - Video
Beynəlxalq təşkilatların iştirakı ilə Gəncədə simulyasiya təlimi keçirilib - Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Gəncə şəhərində dabaq və digər transsərhəd heyvan xəstəliklərinə dair simulyasiya təlimi keçirilib. Təlimin məqsədi heyvan xəstəliklərinin erkən aşkarlanması, operativ reaksiya tədbirlərinin təşkili, səyyar laborator diaqnostikanın tətbiqi və mütəxəssislərin praktiki bacarıqlarının artırılmasıdır. Göygöl rayonunun Yeni Qızılca kəndində yerləşən heyvandarlıq təsərrüfatında keçirilən praktik məşq zamanı xəstəliyə şübhəli halların araşdırılması, epizootoloji qiymətləndirmə, laborator müayinələr, xəstə heyvanların təcridi, zərərsizləşdirilməsi və dezinfeksiya tədbirləri praktiki şəkildə icra edilib.  Təlimdə FAO ekspertləri, Respublika üzrə Epizootiya Əleyhinə Fövqəladə Komissiyada təmsil olunan aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Özbəkistandan gələn mütəxəssislər iştirak ediblər.  Bu cür simulyasiya təlimləri ölkədə xüsusi təhlükəli heyvan xəstəliklərinə hazırlığın gücləndirilməsi, beynəlxalq tələblərə uyğun nəzarət sisteminin təkmilləşdirilməsi və gələcəkdə Azərbaycanın dabaq xəstəliyindən azad zona statusu əldə etməsinə töhfə verir.

Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Yaz və yay aylarında zərərvericinin aktivliyinin artması nəzərə alınaraq, növbəti tədbirlərin və fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib. İclasda Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Elmar Allahverdiyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, həmçinin aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər. Tədbirdə qəhvəyi mərmər bağacığına qarşı mübarizə istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Görüş zamanı qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin intensivləşdirilməsi, zərərvericinin mövcud olduğu və ya potensial təhlükə gözlənilən ərazilərdə maarifləndirmə işlərinin gücləndirilməsi, Gürcüstan Respublikasından ölkəmizə miqrasiya riskləri nəzərə alınmaqla sərhədyanı kəndlərdə davamlı monitorinqlərin təşkili və bufer zonalarının yaradılması, sərhəd zastavalarında müntəzəm müşahidələrin aparılması, həmçinin görülmüş işlərə dair hesabatlılığın təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub və ümumi razılıq əldə edilib. İclasın sonunda qəhvəyi mərmər bağacığına qarşı həyata keçirilən tədbirlərin daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib və aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qarpız və yemiş istehlak edərkən nələrə diqqət etməliyik?
Qarpız və yemiş istehlak edərkən nələrə diqqət etməliyik?

İsti yay günlərində həm orqanizmin su balansını qorumağa kömək edən, həm də sərinləşdirici təsir göstərən qarpız və yemişə tələbat əhəmiyyətli dərəcədə artır. Vitamin və minerallarla zəngin olan bu meyvələri alarkən bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. İlk növbədə, məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verməlidirlər. Üzərində müşahidə olunan sarı ləkələr məhsulun torpaqla təmas etdiyi yerlərdir.  Qabığının hamar, səthinin parlaq olması qarpızın təzə və yetişmiş olduğuna işarə edir. Əksinə, mat və solğun görünüş köhnəliyin əlaməti hesab olunur. Saplağının yaşıl rəng olması qarpızın hələ tam yetişmədiyinin, qurumuş olması isə yetişmiş olduğunun göstəricisidir. Qarpız və yemişin üzərində çürük və çatlar olmamalıdır. Bundan başqa, qarpız və yemiş torpaqla təmasda yetişdiyindən onların səthinin müxtəlif mikroorqanizmlərlə çirklənmə ehtimalı var. Qida mənşəli risklərin qarşısını almaq üçün qarpız və yemiş kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalı, təmiz və quru bıçaqla doğranmalıdır.  Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Bütöv qarpızı 10-15°C, xırda hissələrə doğranılmış qarpızı isə ağzı kip qapaqlı qablarda +5°C temperaturda saxlanılması məsləhət görülür.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Multimedia

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV