Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Saxta krevetka satışı barədə yayılan məlumat əsasında araşdırma aparılıb
Saxta krevetka satışı barədə yayılan məlumat əsasında araşdırma aparılıb

Sosial şəbəkədə saxta, süni krevetkaların satışının həyata keçirilməsi barədə yayılan məlumatla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb.   İstehlakçıdan əldə edilən məlumat əsasında məhsulun Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 mkr, ev 5A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus “Krevetka” mağazasından alındığı və müvafiq idxal sağlamlıq aktı ilə təmin edildiyi məlum olub. Məhsulun satışının həyata keçirildiyi qida obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı yayılan videoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28 kq dondurulmuş (soyulmuş, kəsilmiş) krevetka məhsulu müəyyən edilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılması məqsədilə məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.  Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilə təmin edilməyən ümumi çəkisi 30 kq yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb. Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.

Qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirləri keçirilib
Qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirləri keçirilib

Qida Təhlükəsizliyi Agentiyi tərəfindən 2025-ci il ərzində 32 su istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı 24 su istehsalı müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bununla əlaqədar  sahibkarlar  barəsində inzibati tənbeh tədbiri görülüb və icrası məcburi göstərişlər verilib. Həmçinin aşkarlanan nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul edilib. Yoxlama zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb: −    müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi; −    sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması; −    texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi; −    etiket məlumatlarında qanunvericiliyə uyğun zəruri məlumatların qeyd olunmaması; −    suyun sınaq nəticələrinin normalara uyğun olmaması; −    işçilərin gigiyena qaydalarına əməl etməməsi, ilkin və dövri tibbi müayinədən keçməməsi; −    dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması. Yoxlama çərçivəsində götürülmüş nümunələrin minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinəsi nəticəsində 28 nümunədə uyğunsuzluq aşkar edilərək həmin məhsulların dövriyyədən çıxarılması təmin edilib. Eyni zamanda aparılan monitorinqlər çərçivəsində 34 su istehsalı müəssisəsindən, eləcə də yol kənarlarında və binaların həyətlərində quraşdırılmış 57 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 31 su istehsalı müəssisəsindən götürülmüş 32 nümunədə, həmçinin 33 su aparatından götürülmüş nümunələrdə mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülərək icrası məcburi göstərişlər verilib. Aparılan bütün nəzarət tədbirləri nəticəsində müəssisələrdə sağlamlaşdırıcı işlərin görülməsi, həmçinin məhsulların etiketlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib.

BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi AQTA-da olub
BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi AQTA-da olub

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Məmmədrəhim Nəcəfov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında son illərdə siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlığın genişlənməsi, eləcə də mövcud potensialın daha da artırılması imkanları yüksək qiymətləndirilib. Agentlik tərəfindən BƏƏ-nin qida təhlükəsizliyi nəzarət sisteminin ekvivalentliyinin tanınması barədə qəbul edilən qərar əməkdaşlığın inkişafına töhfə kimi dəyərləndirilib.  Qeyd edilib ki, 2025-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə mal əti, quş əti, kərə yağı, qarğıdalı, kinoa, bitkiçilik və digər məhsullar idxal edilib. Eyni zamanda, Azərbaycandan qarşı tərəfə əsasən emal olunmuş ət məhsulları, süfrə yumurtaları, bitki yağları, meyvə şirələri ixrac edilib.  Görüş çərçivəsində “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi də müzakirə edilib. Müzakirələr zamanı iki ölkə arasında dəniz məhsulları, bal və digər arı məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları üzrə ümumilikdə dörd baytarlıq sertifikatının rəsmi şəkildə razılaşdırıldığı diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycan mənşəli, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətində olan ixracyönümlü məhsulların BƏƏ bazarına çıxışının genişləndirilməsi, habelə diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Multimedia

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?