Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Avropa regionunda heyvan rifahı platformasının Rəhbər Qrupunun 25-ci iclası keçirilir
Avropa regionunda heyvan rifahı platformasının Rəhbər Qrupunun 25-ci iclası keçirilir

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Avropa İttifaqının və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Avropa regionunda heyvan rifahı platformasının Rəhbər Qrupunun 25-ci iclası keçirilir.   Tədbirin əsas məqsədi sözügedən platforma üzrə 2024–2026-cı illər üçün nəzərdə tutulmuş 4-cü Fəaliyyət Planının əvvəlki iclaslarda qəbul edilmiş qərarlarının icrasını nəzərdən keçirmək və növbəti fəaliyyət planının prioritetlərini müəyyənləşdirməkdir.  AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva regionda heyvan rifahı sahəsində milli və beynəlxalq aktorları bir araya gətirmək baxımından iclasın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Agentlik həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində intensiv işlər aparılır.   AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi, ÜHST-nin Avropa üzrə Regional Komissiyanın vitse-prezidenti Qalib Əbdüləliyev Azərbaycanda vahid sağlamlıq tədbirləri, heyvanların rifahı sahəsində görülən işlər barədə məlumat verib.   Q.Əbdüləliyev qeyd edib ki, görülən işlərin nəticəsində ölkəmiz 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.   ÜHST-nin Parisdə yerləşən Baş Qərargahı, Brüsseldə və Tokioda yerləşən regional ofisi, Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğunun əməkdaşları və Portuqaliya, İtaliya, İsrail, İsveçrə Konfederasiyasının nümayəndələrinin iştirak etdiyi iclasda heyvanların kəsilməsi, sahibsiz itlərin populyasiyasının idarə edilməsi, heyvanların nəqli, təbii fəlakətlərin idarə edilməsi və işlək atkimilərin rifahı kimi məsələlər müzakirə olunur.

Ölkə üzrə heyvan kəsimi məntəqələrinin fəaliyyəti əvvəlki qaydada davam edir
Ölkə üzrə heyvan kəsimi məntəqələrinin fəaliyyəti əvvəlki qaydada davam edir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin açıqlaması: Ölkə üzrə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirir. Əgər 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda bu rəqəm 120-dən çoxdur. Mövcud infrastruktur ölkənin daxili tələbatını tam şəkildə təmin etməyə imkan verir. Kəsim müəssisələri müasir standartlara uyğun şəkildə qurulub və məntəqələrdə baytar mütəxəssislərin daimi nəzarəti təmin olunur. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Heyvan kəsildikdən sonra cəmdəyin baytarlıq-sanitariya ekspertizası aparılır, daha sonra ət müəyyən müddət soyudulmaq üçün saxlanılır. Cəmdəyin üzərinə müvafiq möhürlər vurulur və müşayiətedici baytarlıq sənədləri ilə birlikdə istehlak obyektlərinə və ticarət şəbəkələrinə göndərilir.  Respublikanın baş dövlət baytarlıq müfəttişi vətəndaşlara kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrində satılan ət məhsullarını almağı tövsiyə edir. Həmçinin ətin üzərində rəsmi baytarlıq möhürünün olmasına diqqət yetirmək, alış zamanı satıcılardan müşayiətedici baytarlıq sənədlərinin təqdim olunmasını tələb etmək vacibdir. 2025-ci il 25 oktyabr tarixindən etibarən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək. Bu qərar ət kəsimi və satışına heç bir maneə yaratmayacaq.

Ətin bişirilmə temperaturu virus və bakteriyaların məhv olmasını təmin edir
Ətin bişirilmə temperaturu virus və bakteriyaların məhv olmasını təmin edir

Ölkəmizdə heyvan kəsimi məntəqələri baytar nəzarəti altında fəaliyyətlərini davam etdirir. Heyvan kəsimindən əldə olunan ət və ət məhsullarının insan istehlakı üçün təqdim olunması prosesi dövlət baytarlıq nəzarəti ilə həyata keçirilir. Belə ki, kəsimə cəlb olunan iri və ya xırdabuynuzlu heyvanlar baytarlıq mütəxəssisi tərəfindən kliniki baxışdan keçirilərək, termometriya olunur və onların kəsimi barədə qərara gəlinir. Kəsimdən sonra heyvan cəmdəyi və daxili orqanların baytarlıq-sanitariya ekspertizası həyata keçirilməklə ekspertiza aktı tərtib olunur. İstehlak üçün təhlükəsiz olan ət və ət məhsullarının realizasiyası üçün müvafiq müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi) təqdim edilir.  Məlumat üçün bildiririk ki, baytarlıq mütəxəssisi tərəfindən heyvanların ümumi kliniki vəziyyəti, kəsimdən sonra ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizası, o cümlədən laboratoriya müayinə nəticələri nəzərə alınmaqla, ət məhsulunun istehlakı barədə qərara gəlinir. Bir qayda olaraq insan sağlamlığı ilə bağlı risklər mövcud olan bütün hallarda ət məhsullarının dövriyyəsinə yol verilmir. Nəzərə almaq lazımdır ki, insanlar tərəfindən ətin çiy və ya yarımbişmiş halda istehlak olunması yolverilməzdir. Belə ki, ətin bişirilmə temperaturu  virus və bakteriya mənşəli infeksiyaların məhv olmasını təmin etdiyindən, yaxşı bişirilmiş ət və ət məhsullarının istehlak edilməsi insan sağlamlığı üçün təhlükəsiz hesab olunur.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Multimedia

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV