Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qəhvəyi mərmər bağacığı nədir?
Qəhvəyi mərmər bağacığı nədir?

Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir. Zərərverici ilə mübarizə üsulları: -    Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə Qəhvəyi mərmər bağacığının gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır. -    Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduğu təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilir. -    Yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılır. -    Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. AQTA tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:

AQTA-da beynəlxalq mütəxəssislərlə heyvan xəstəliklərindən azad zonaların yaradılması məsələsi müzakirə olunub
AQTA-da beynəlxalq mütəxəssislərlə heyvan xəstəliklərindən azad zonaların yaradılması məsələsi müzakirə olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi ilə Avropa Dabaq Xəstəliyinə Nəzarət Komissiyasının (EuFMD) birgə təşəbbüsü ilə ölkəmizdə heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində görüləcək işlərlə bağlı müzakirələr aparılıb.  Qeyd edilib ki, heyvan xəstəliklərindən azad zonalarda əsas diqqət dabaq xəstəliyinin qarşısının alınmasına yönəldiləcək. “Peyvəndləmə ilə azad” statusunun əldə olunması üçün praktiki işlərə başlanılacaq. Artıq dabaq xəstəliyinə dair “Rəsmi Nəzarət Planı” layihəsi hazırlanaraq, EuFMD-ə təqdim edilib.  Müvafiq dövlət qurumları, sahibkarlar və baytar mütəxəssislərin iştirakı ilə keçirilən müzakirələrdə Azərbaycanda və regionda dabaq xəstəliyinin mövcud vəziyyəti, uzunmüddətli peyvənd strategiyaları və qabaqlayıcı tədbirlər diqqətdə saxlanılıb.  Xatırladaq ki, AQTA tərəfindən ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanıb.

Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması zəruridir
Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması zəruridir

Amerika ağ kəpənəyi respublika ərazisində məhdud dairədə yayılan, karantin tətbiq edilən zərərvericidir. Azərbaycanda Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarının bəzi ərazilərində rast gəlinir. İqlimə uyğun olaraq il ərzində bir neçə nəsil verə bilir. Zərərvericinin sürfələri yarpaq ayasının əsas toxuması ilə qidalanaraq bitkinin yaşıl kütləsinə ziyan vurur. Meyvə bitkilərinə vurduğu ziyan isə məhsul itkisi ilə nəticələnir. Üçüncü yaş mərhələsində olan sürfələr bir neçə yarpağı bir-birinə bağlayaraq tor yuvalar qurub, sürü halında yayılır və budaqdan budağa keçir. Beşinci yaş mərhələsindən etibarən sərbəst həyat tərzinə qayıdırlar. Azərbaycan şəraitində əsasən tut ağacına ziyan vurur. Amerika ağ kəpənəyinə qarşı aparılan fitosanitar tədbirlərin əsas məqsədi zərərvericinin  sayını azaltmaqdır. Ən təhlükəsiz mübarizə üsulları park, yol kənarı və həyət sahələrində  torlar olan budaqları kəsmək və yandırmaq, tırtılları mexaniki yolla məhv etməkdir. Zərərvericidən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyətyanı sahələrdə isə ağacların çətirləri altında torpağın şumlanması işləri yerinə yetirilməlidir. Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınmasında hər kəsin iştirakı vacibdir. Zərərvericini mexaniki yolla məhv etmək mümkün olmadıqda, aidiyyəti qurumlara məlumat verilməsi xahiş olunur.

Lənkəran Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
Lənkəran Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Lənkəran Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında növbəti uğurlu nəticələr əldə edib. İngiltərənin nüfuzlu “LGC” şirkəti tərəfindən təşkil edilən sınaqlarda laboratoriya quru süd nümunəsində Salmonella bakteriyasının təyini üzrə yüksək göstəricilərə nail olub. Fəaliyyətində qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsinə, bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanmasına, molekulyar-bioloji və virusoloji müayinələrin aparılmasına, eləcə də heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikasına xüsusi önəm verən laboratoriya müasir cihaz və avadanlıqlarla təchiz olunub. Burada çalışan mütəxəssislər peşəkar bilik və bacarıqlarını artırmaq üçün mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirak edirlər. Lənkəran Regional Sınaq Laboratoriyası beynəlxalq və laboratoriyalararası qarşılaşdırma sınaqlarda da daim yüksək nəticələr göstərir. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 standartı üzrə akkreditasiya olunaraq öz fəaliyyətini beynəlxalq tələblərə uyğun şəkildə davam etdirir.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Multimedia

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV