
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizə yüksək riskli qida və yem məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti xəbərdarlıq edib. Sahibkarların diqqətinə çatdırılır ki, 2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün Agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun təsis konfransı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Agentliyin 5 illik fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin dekabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 15-i saat 10:00-da Şəmkir Rayon İcra Hakimiyyətində Şəmkir, Gədəbəy, Ağstafa, Tovuz, Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesini davam etdirir. Eyni zamanda, bu vaxtadək Agentliyə təsdiq üçün müraciət etməyən müəssisələrlə bağlı ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi ilə bağlı olan sahələr üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini birgə əməkdaşlığa dəvət edir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi işğaldan azad olunmuş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar, o cümlədən həmin ərazilərə köçürülən əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaradılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri yekunlaşıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşlarla birgə 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir təşkil olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 24-ü saat 10:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində Qax, Zaqatala, Balakən, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.