Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarların diqqətinə!
Meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarların diqqətinə!

Xurma, nar, pomidor və digər məhsulların ixracı ilə bağlı mövsümə hazırlıq işləri artıq bir neçə aydır ki, davam edir. Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində işlər aparılmaqdadır.  Bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq ticarət vasitəsilə karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş Beynəlxalq Standartların, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiket tələblərinə ciddi riayət edilməlidir.  Qeyd edək ki, bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanan altlıqlar və qablaşdırma materialları beynəlxalq standartların tələblərinə uyğun formada işlənməli, eləcə də məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməli, zəruri məlumatlar yerləşdirilməlidir. Həmçinin bu məlumatlar taraların üzərində beynəlxalq standartların tələblərə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm olmalıdır.  Ənənəvi qablaşdırmadan müasir qablaşdırmaya keçid və beynəlxalq standartlara uyğun olaraq qablaşdırma növlərindən istifadə gələcəkdə ixrac potensialının və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması ilə yanaşı, onların daşınması, saxlanması və etiketlənməsi zamanı beynəlxalq standartların və idxalçı ölkələrin tələblərinə riayət edilməsinə gətirib çıxarır.  Odur ki, bitkiçilik məhsullarının idxalçı ölkələrin etiketlənməyə və qablaşdırma materiallarına dair, bundan əlavə Beynəlxalq Standartların tələblərininə ciddi riayət edilməlidir.

“Kolorit” restoranında heyvanların qanunsuz saxlanıldığı aşkar olunub
“Kolorit” restoranında heyvanların qanunsuz saxlanıldığı aşkar olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinqləri davam etdirir. Monitorinq çərçivəsində Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Kolorit” restoranına baxış keçirilib. Baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. AQTA bildirir ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Video
Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV