AQTİ-nin mütəxəssisləri tərəfindən Naftalanda qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən yerlı sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib.
22-26 iyul 2024-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Lənkəran, Masallı, Qazax, Zaqatala və Oğuz rayonları üzrə fəaliyyət göstərən 40 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Ev (məişət) şəraitində qida hazırlayarkən qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara diqqət edilməlidir.
AQTA sədri Qoşqar Təhməzli avqustun 9-u saat 11:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Braziliya Federativ Respublikasının Rui-Qrandi-du-Sul ştatında Nyukasl, Avstraliya İttifaqının inzibati ərazisində yerləşən Avstraliya Paytaxt Ərazisində isə yüksək patogen quş qripi xəstəlikləri qeydə alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin rəhbərləri və digər məsul şəxslərinin iştirakı ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik rəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qida hazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etmək lazımdır:
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin sağlamlaşdırılması məqsədilə tədbirləri davam etdirir.
Cari ilin noyabrında Bakı şəhərində ölkəmizin ev sahibliyi ilə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı qüvvəyə mindiyi gündən etibarən ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının və yem əlavələrinin qeydiyyatı prosesi həyata keçirilir.