Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Monidigah kəndində fəaliyyət göstərən “Şəfa” MMC-yə məxsus su istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün elan olunan növbəti, su nümunəsində codluq, xloridlər, konduktivlik və pH parametrlərinin müayinəsi üzrə səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbulunu davam etdirir.
Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidməti rəsmi internet səhifəsində “Boar's Head” və “Old Country” brendlərinin 10 may 2024-cü il və 29 iyul 2024-cü il istehsal tarixli 71 növ qida məhsulunun geri çağırılması barədə qərar elan edilib.
AQTİ-nin mütəxəssisləri tərəfindən növbəti təlim Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib.
5-9 avqust 2024-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Abşeron, İsmayıllı, Lənkəran və Ağcabədi rayonları üzrə fəaliyyət göstərən 21 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
AQTİ-nin Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatlarının “OTSC-Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb. Laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Ümumi Aflatoksin” parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş olub.
AQTA sədri Qoşqar Təhməzli avqustun 9-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Fransanın “Bipea” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb. Laboratoriya buğda nümunəsində düşmə ədədi, natura, küllülük, sedimentasiya dəyəri, qluten indeksi, yaş qluten indeksi və min ədəd buğda çəkisi parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib.
“Milli Monitorinq Planı”na uyğun olaraq ölkə ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi məqsədilə tumlu-çəyirdəkli meyvə bağlarında geniş miqyaslı monitorinqlər həyata keçirilir.