Ölkəmizdə xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın müzakirəsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı keçirilən üçgünlük beynəlxalq tədbir davam edir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
Ölkəmizdə xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir işə başlayıb.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gəncə şəhəri, A.Səhhət küçəsi, bina 20, mənzil 5 ünvanında yerləşən “Eldar” aptekdə keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
4-5 iyul 2024-cü il tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda növbəti ikigünlük məlumatlandırma təlimi təşkil olunacaq.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən “Bioloji aktiv qida məhsullarının təhlükəsizlik göstəricilərinin və tərkibinin müəyyən edilməsinə dair Monitorinq Planı”na uyğun olaraq bioloji aktiv qida məhsullarının satışı həyata keçirilən apteklərdə monitorinqlər aparılıb.
2024-cü il 24-28 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Masallı, Şamaxı, Xaçmaz rayonlarında fəaliyyət göstərən 44 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Cari ilin 21-25 iyun tarixlərində 18 ticarət və 35 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 9 ticarət və 24 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
AQTİ-nin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi süd və süd məhsullarının idxalı proseduruna dair yeni videoçarx hazırlayıb.
2-4 iyul tarixlərində ölkəmizdə xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.