Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Vyana şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Avropa Regionu üzrə Vahid Sağlamlıq” mövzusunda keçirilən seminarında iştirak edir.
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə ölkə üzrə istehlak bazarında monitorinqləri davam etdirir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində Özbəkistan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Akmaljon Kasimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Cari ilin 6-10 iyun tarixlərində 54 ticarət və 115 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 54 ticarət və 114 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
16, 17 iyun tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonunda fəaliyyət “1inci Dönər” ictimai iaşə müəssisəsində monitorinq keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda Albaniyanın Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Siyasətləri qurumunun Baş direktoru İrfan Tarelli ilə görüş keçirilib.
Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır.
2024-cü il 3-7 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağdaş, Lənkəran, Masallı, Ağdam, Şəki rayonlarında fəaliyyət göstərən 33 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Lənkəran şəhəri, Q.Xiyabanı küçəsi 13A ünvanında yerləşən, fiziki şəxs Cavadov Elvin Tarix oğluna məxsus “Qala Dönər” ictimai iaşə obyektində hazırlanan toyuq əti dönərinin tərkibində E.coli bakteriyası aşkarlanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək.