Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - Video/Foto
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - Video/Foto

Ölkənin biotəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrasında dövlətlə bir yerdə sahibkarlar da yaxından iştirak edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. Hazırda bazarda son tamamlama işləri görülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinə icazə veriləcək.  Qeyd edək ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb. Hazırda bir neçə heyvan bazarında da AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq rekonstruksiya işləri son mərhələdədir. Yaxın günlərdə rekonstruksiya işlərini yekunlaşdıran digər heyvan bazarlarının da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq.  Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.   Bərdə heyvan bazarından videolink:

Bioloji aktiv qida məhsullarının qeydiyyata alınması proseduru təkmilləşdirilir
Bioloji aktiv qida məhsullarının qeydiyyata alınması proseduru təkmilləşdirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 375 nömrəli Qərarı ilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”ndə bəzi dəyişikliklər edilib. Dəyişikliklərin arasında diqqətçəkən məqamlardan biri bioloji aktiv qida məhsullarının (BAQM) dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Nazirlik) tərəfindən aparılan ekspertiza rəyləri üçün sorğuların əvvəlki dövrlərdə olduğu kimi sahibkarlar tərəfindən deyil, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (Agentlik) tərəfindən həmin dövlət orqanına göndərilməsi ilə bağlıdır.  Belə ki, BAQM-in dərman vasitəsi olub-olmaması barədə ekspertiza rəyinin alınması üçün Agentlik tərəfindən müvafiq sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində Nazirliyə ötürüləcək, Nazirliyin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” ilə istehsalçı və ya onun müvəkkil etdiyi şəxs arasında ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanılması, müvafiq ödənişin həyata keçirilməsi, habelə nümunələrin təqdim edilməsi barədə Agentliyə məlumat verildikdən sonra məhsula dair ekspertiza 15 iş günü müddətində həyata keçiriləcək və ekspertiza rəyi Nazirlik tərəfindən EHİS vasitəsilə Agentliyə ötürüləcək.  Qeyd edirik ki, bu dəyişiklik “bir pəncərə” prinsipinə uyğun olaraq, sahibkarların bir məhsulun qeydiyyatı ilə əlaqədar bir neçə dövlət orqanı ilə bilavasitə əlaqə saxlaması zərurətinin tədricən aradan qalxmasına gətirib çıxaracaq. Digər dəyişikliklər, əsasən, qeydiyyat proseduru ilə bağlı icra müddətlərinin konkretləşdirilməsi, tələb olunan məlumat və sənədlərin dəqiqləşdirilməsi və sair ilə bağlıdır.  Qərarla əlaqədar vacib məqamlardan biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılaraq, “Bioloji aktiv qida məhsullarının ekspertizadan keçirilməsi Qaydası” adlandırılması və yeni redaksiyada təsdiq edilməsidir.

Nizami rayonunda alkoqolsuz içki emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Nizami rayonunda alkoqolsuz içki emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 34 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirib.  Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı məlum olub. Şüşə butulkaların yuyulması, etiketlənməsi və saxlanması üçün sahənin ayrılmadığı aşkarlanıb. Məhsulların üzərində istehsalçı və istehsal ünvanı barədə yanlış məlumatların qeyd olunduğu, istifadə olunan qida əlavələrinin yararlılıq müddətinin bitdiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyənləşib. Eyni zamanda “Aqua Mineral” əmtəə nişanlı qablaşdırılmış qazsız suyun etiket məlumatlarının qeyd olunmadığı, “Vesyolıy Kruq” əmtəə nişanlı qazlı içkinin etiketində isə yanlış məlumatların bəyan edildiyi məlum olub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab