Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA sədrinin müavini Afinada keçirilən beynəlxalq tədbirdə iştirak edib
AQTA sədrinin müavini Afinada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “Avropa Regionunda Baytarlıq Xidmətlərində Vahid Sağlamlıq Birgə Fəaliyyət Planının tətbiqinin sürətləndirilməsi” mövzusunda regional tədbirdə iştirak edib. Z.Mustafayeva region ölkələrinin nümayəndələri ilə birlikdə qida təhlükəsizliyi və zoonoz xəstəliklərə qarşı mübarizədə rəqəmsal həllərin tətbiqi, eləcə də ölkələrin qabaqcıl təcrübələrinin mübadiləsi ilə bağlı müzakirələrə qoşulub. Qida zəncirində risklərin idarə olunması üzrə keçirilən qrup çalışmalarına qatılıb. Tədbirin son günü qlobal təhlükə kimi diqqət mərkəzində olan “Antimikrob Rezistentlik” mövzusunda və bu sahədə “Vahid Sağlamlıq” yanaşmasının tətbiqi ilə bağlı çıxış edib. 18-20 noyabr tarixlərini əhatə edən tədbirdə Avropa Komissiyası, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankı və Avropa ölkələrinin baytarlıq nəzarəti qurumlarının rəhbər nümayəndələri iştirak ediblər. Seminarda “Vahid Sağlamlıq” yanaşması siyasətinin gündəliyi və dördtərəfli fəaliyyətlər, baytarlıq sahəsində kadr potensialının gücləndirilməsi və təhsil proqramlarının akkreditasiyası müzakirə olunub. Həmçinin zoonoz və vektorlarla keçən xəstəliklərin, o cümlədən Qərbi Nil qızdırması və yüksək patogen quş qripi kimi təhlükələrin izlənilməsi, qida zəncirində risklərin xəritələnməsi və qida mənşəli zoonoz xəstəliklərə qarşı mübarizədən danışılıb. Qeyd edək ki, bu kimi beynəlxalq platformalarda iştirak Azərbaycanın baytarlıq və qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qəhvəyi mərmər bağacığı təhlükəsinə qarşı operativ tədbirlər: 1000-dən çox tikili təmizlənib
Qəhvəyi mərmər bağacığı təhlükəsinə qarşı operativ tədbirlər: 1000-dən çox tikili təmizlənib

Zaqatala və Balakən rayonlarında qəhvəyi mərmər bağacığına qarşı aparılan genişmiqyaslı tədbirlər bu il bölgədə zərərvericinin yayılmasının qarşısının alınmasında mühüm nəticələr verir.  Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən monitorinqlər çərçivəsində 10-dan çox kənddə 1 000-dən artıq yaşayış evi və tikili yoxlanılıb. Əsasən, qışlama üçün əlverişli olan çardaqlarda, tavanarası sahələrdə, köhnə tikililərdə və s. isti yerlərdə qrup halında yalnız yetkin fərdlər aşkarlanıb və məhv edilib. Görülən tədbirlər sayəsində növbəti illərdə fındıq bağlarında yüz tonlarla məhsul itkisinin  qarşısı alınıb. Bu isə hazırkı bazar qiymətləri ilə müqayisədə külli miqdarda iqtisadi itkinin qarşısının alınması deməkdir və geniş fındıq əkin sahələrinə malik olan Zaqatala və Balakən rayonlarının, ümumilikdə, bölgənin iqtisadi dayanıqlığı üçün strateji əhəmiyyət daşıyır. Qəhvəyi mərmər bağacığı qışlama dövründə sığınacaq yerlərində qrup halında toplanır. Məhz bu dövrdə aparılan hədəfli mübarizə növbəti il üçün mümkün kütləvi artımın qarşısını alan ən təsirli müdafiə tədbiri hesab olunur. Qışlama mərhələsində həyata keçirilən məhvetmə prosesləri həm populyasiyanın azalmasına, həm də növbəti mövsümlərdə məhsuldarlığın qorunmasına mühüm töhfə verir. Tədbirlərin səmərəliliyi nəzərə alınaraq, bölgədə ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulub.

Saxta ixrac sertifikatı hazırlanması faktı üzrə araşdırmalara başlanılıb
Saxta ixrac sertifikatı hazırlanması faktı üzrə araşdırmalara başlanılıb

Beynəlxalq ticarət qaydalarına əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) İsrail Dövlətinin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi tərəfindən fitosanitar sertifikatların həqiqiliyinin təsdiq edilməsinə dair sorğu daxil olub. Təqdim olunan fitosanitar sertifikatlara baxış zamanı onların saxta olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, saxta sənədlər üzərindəki QR kodlar oxunarkən, müxtəlif xarici ölkələrdə yaradılan saxta “e-afsa.com”, “storage2.me-qr.com” və “cdn.qr-code-generator.com” domeninə yönəlmə baş verir. Qeyd edək ki, AQTA-nın rəsmi domeni “e-afsa.gov.az”dır. Agentlik tərəfindən təqdim olunan sertifikatlar QR kod vasitəsilə oxunarkən, yalnız AQTA-nın rəsmi domeninə yönləndirmə baş verir. Aşkar olunan uyğunsuzluq barədə İsrail Dövlətinin aidiyyəti qurumuna məlumat verilib və araşdırmanın davam etdirilməsi üçün digər zəruri sənədlər istənilib. Saxtalaşdırma faktı üzrə bütün materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Agentlik bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir. İxracla məşğul olan hüquqi və fiziki şəxslərdən, eyni zamanda təsərrüfat sahiblərindən xahiş olunur ki, Agentliyin təqdim etdiyi sertifikatların QR kodunu oxutduran zaman rəsmi “e-afsa.gov.az” domeninin yazılmasına diqqət etsinlər.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Multimedia

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?