Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
“Kolorit” restoranında heyvanların qanunsuz saxlanıldığı aşkar olunub
“Kolorit” restoranında heyvanların qanunsuz saxlanıldığı aşkar olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinqləri davam etdirir. Monitorinq çərçivəsində Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Kolorit” restoranına baxış keçirilib. Baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. AQTA bildirir ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir
Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı monitorinq və mübarizə tədbirləri elmi əsaslara uyğun şəkildə, zərərvericinin biologiyasına uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Payız mövsümündə qışlamaya üstünlük verdiyi üçün bu zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. Məlumdur ki, qəhvəyi mərmər bağacığı Gürcüstan Respublikasının Azərbaycanla həmsərhəd bölgələrində geniş yayılıb və beynəlxalq mənbələrə əsasən, 2016-cı ildə həmin ölkədə fındıq istehsalına 53–69 milyon ABŞ dolları həcmində iqtisadi ziyan vurub. Gürcüstanda aparılan elmi müşahidələr və mübarizə tədbirləri göstərir ki, zərərverici sentyabr ayının sonlarından etibarən qışlama üçün sığınacaq axtarmağa başlayır ki, bu da onun Azərbaycan ərazilərinə doğru miqrasiyasını sürətləndirir. Son günlər ölkənin müxtəlif bölgələrindən ictimai-iaşə obyektlərində, yaşayış evlərində, təsərrüfat tikililərində, anbarlarda və digər qapalı məkanlarda bu zərərvericiyə daha tez-tez rast gəlinməsi də bununla bağlıdır. Qeyd olunmalıdır ki, qəhvəyi mərmər bağacığı payız dövründə fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır. Lakin qapalı məkanlarda çoxlu sayda toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına səbəb olur. Bu baxımdan, sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir. Təkcə dövlət qurumlarının səyləri ilə bu zərərverici ilə mübarizəni tam nəzarətdə saxlamaq mümkün deyil. Cəmiyyətin iştirakı olmadan geniş yayılmanın qarşısını almaq çətinləşir, bu isə növbəti mövsümlərdə kənd təsərrüfatına ciddi ziyan vura bilər. Zərərvericinin qapalı məkanlarda çoxalmasının qarşısı vaxtında alınmazsa, onun təbiətə qayıtdıqdan sonra sürətlə çoxalması və məhsuldarlığa mənfi təsir göstərməsi qaçılmazdır. Bu səbəbdən, hər kəsin bu prosesə məsuliyyətlə yanaşması, sadə və effektiv tədbirlərlə (məsələn, toplayıb məhv etməklə) iştirak etməsi vacib hesab olunur. AQTA bu istiqamətdə monitorinq, elmi qiymətləndirmə və maarifləndirmə tədbirlərini mərhələli şəkildə davam etdirir və zərərvericinin yayılma arealına uyğun olaraq əlavə mübarizə mexanizmləri tətbiq edir.

AQTA tərəfindən heyvanların identifikasiyası və xəstəliklərindən azad zonaların yaradılması istiqamətində tədbirlər davam etdirilir
AQTA tərəfindən heyvanların identifikasiyası və xəstəliklərindən azad zonaların yaradılması istiqamətində tədbirlər davam etdirilir

Ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində (Zəngilan, Cəbrayıl və  Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) heyvan xəstəliklərindən azad zonaların yaradılması, iri və xırdabuynuzlu heyvanların  identikləşdirilməsinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə qarşıda duran vəzifələr, heyvandarlıq təsərrüfatı sahibləri tərəfindən görüləcək işlər, həmçinin proseslərin daha da sürətləndirilməsi ilə bağlı bu gün Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında regional müşavirə keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Laçın  Rayon İcra Hakimiyyətinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və yerli icra orqanlarının nümayəndələri və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Müşavirədə bildirilib ki, 2024-cü ildə ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən bir sıra heyvan xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda, əvvəlki illərdə əldə edilmiş bəzi heyvan xəstəliyindən azad ölkə statusları qorunub saxlanılır. Ancaq əldə olunmuş uğurlarla yanaşı, bu sahədə fəaliyyətlərin daha da genişləndirilməsi qarşıya hədəf kimi qoyulub. Qeyd olunub ki, heyvan xəstəlikləri ilə effektiv mübarizənin aparılması və azad statusların alınması heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə paralel bu məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.  Müşavirədə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə görüş iştirakçılarına zəruri məlumatlar əks olunan təqdimatlar nümayiş olunub. Eyni zamanda bildirilib ki, heyvanların identikləşdirilməsi Agentlik tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür.  Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və heyvanların identifikasiyası, zoonoz xəstəliklərə qarşı mübarizə üsulları ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Multimedia

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?