Daxil olan müraciət əsasında Cəlilabad rayonu, Alar kəndində fəaliyyət göstərən sahibkar Əliyev Zahir Miri oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçinin xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etmədiyi müəyyən olunub. Həmçinin sahibkarın qanunsuz kəsim fəaliyyəti göstərdiyi, baytarlıq ekspertizasından keçirilməyən, müvafiq müşayətedici sənədləri olmayan ətlərin satışa çıxarıldığı aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması və sağlamlaşdırma işlərinin görülməsi üçün vaxt verilib.
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən “Baytaroğlu” MMC-nin Çindən idxal etdiyi ümumi sayı 50000 flakon “Vitamin B12, 500 MCG TR” əmtəə nişanlı baytarlıq preparatından götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
Əsas yeməklər və qəlyanaltılar vaxtında, balanslı şəkildə verilməli, duzlu, şəkərli və yağlı qidalar minimuma endirilməlidir. Unutmayaq ki, sağlam böyümə üçün yalnız qidalanma kifayət etmir . Uşaqlar hər gün oyun oynamalı, hərəkət etməli və fiziki fəaliyyətlə məşğul olmalıdırlar. Bu isə sağlam bədən və güclü immunitet deməkdir!
Son dövrlərdə ictimai iaşə müəssisələri və ailəvi istirahət mərkəzlərində müxtəlif növ vəhşi heyvan və quşların saxlanılaraq nümayiş etdirilməsi hallarının geniş yayılması müşahidə olunur. Bu hal heyvan və quşların insanlarla təması, zoonoz xəstəlik törədicilərinin insanlara ötürülməsi, həmçinin ölkədə bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Qeyd etmək lazımdır ki, vəhşi heyvan və quşların ailəvi istirahət məkanlarında və ictimai iaşə müəssisələrində saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə ictimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində müvafiq monitorinqlərə başlayıb. AQTA diqqətə çatdırır ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilərsə, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq-Şirvan regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 99 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 8 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 5-i tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir. Sözügedən müəssisələr aşağıdakılardır:
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 19-u Hacıqabulda Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Məktəb illəri uşaqların gələcək həyat tərzini, xüsusən də qidalanma vərdişlərini formalaşdırır. Bu dövrdə ailə, məktəb və sosial mühit onların qida seçimlərinə təsir edir. Təəssüf ki, bir çox məktəbli meyvə-tərəvəz əvəzinə fast-food, şirniyyat və qazlı içkilərə üstünlük verir ki, bu da artıq çəki və ümumi sağlamlıq problemlərinə səbəb yaradır. Araşdırmalar göstərir ki, uşaqlıqda sağlam qidalanma vərdişləri böyüdükdə də davam edir. Buna görə valideynlər uşaqların menyusuna meyvə, tərəvəz, zülallı məhsullar və sağlam içkilər əlavə etməklə onların həm təhsil uğurlarına, həm də sağlam gələcəyinə töhfə verə bilərlər. AQTA “Sözdən əmələ keç, sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində uşaqların sağlam gələcəyini də nəzərə alaraq addımlar atır və hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edir!
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 26-sı saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla sentyabrın 25-dək qəbula yazıla bilərlər.
Kütləvi tədbirlər zamanı iştirakçıların qidalanmasının təhlükəsiz və mövcud tələblərə uyğun təşkili Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təmin edilir. Bu çərçivədə qidalanmanı təşkil edəcək keytrinq müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ tələblər bir daha sahibkarların diqqətinə çatdırılıb, keytrinq şirkətləri tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Bundan əlavə, qida məhsullarının keyfiyyəti və təhlükəsizlik tələblərinə uyğunluğu, onların düzgün daşınması və saxlanma şəraiti, həmçinin personalın gigiyenik hazırlığı ilə bağlı əlavə tövsiyələr təqdim edilib.
Haşimoto qalxanabənzər vəzin xroniki iltihabi xəstəliyidir. Mütəmadi olaraq hormonlara nəzarət etməklə xəstəliyi stabil saxlamaq mümkündür. Lakin bəzi elmi əsaslı qidalanma yanaşmaları ilə xəstəliyin gedişatını yüngülləşdirmək və simptomları azaltmaq mümkündür. Haşimoto xəstələri üçün faydalı hesab edilən qidalar arasında zülal mənbələri, sağlam yağlar, kompleks karbohidratlar, lif və antioksidantlar, fermentləşdirilmiş qidalar, həmçinin selenium, sink və dəmir baxımından zəngin məhsullar yer alır. Şirin içkilər, ağ un məmulatları, “fast food”, artıq miqdarda süd məhsullarından istifadədən isə uzaq durmaq məsləhətdir. Daha ətraflı məlumat üçün videoya keçid edin!
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş