Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasında aşkarlanan risklərlə bağlı xəbərdarlıq edir
AQTA “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasında aşkarlanan risklərlə bağlı xəbərdarlıq edir

Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları qeydə alınıb.  ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2025-ci il 17 noyabr tarixinədək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdirilib. Həmçinin ABŞ-da sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə edilib. Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən Clostridium botulinum bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəli botulinum toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahsızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırma nəticəsində “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər. AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırılıb. INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə, yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcəkdir.

Ölkə üzrə pestisidlərin saxlanması və satışına dair monitorinqlərə başlanılıb - VİDEO
Ölkə üzrə pestisidlərin saxlanması və satışına dair monitorinqlərə başlanılıb - VİDEO

Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması məqsədilə monitorinqlərə başlanılır. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamına əsasən Nazirlər Kabineti yanında aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planı çərçivəsində həyata keçirilir. Monitorinqlər AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qruplar tərəfindən aparılır. Tədbirlərin məqsədi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin təhlükəsizlik tələblərinə riayət olunmasını, saxtalaşdırma hallarının qarşısının alınmasını və istifadəçilərin keyfiyyətli preparatlara əlçatanlığını təmin etməkdir. Monitorinqlər zamanı təsərrüfat subyektlərində məhsulların saxlanma şəraiti, təhlükəsizlik və yanğın əleyhinə sistemlər, məsafə və infrastruktur tələbləri, dövlət qeydiyyatı və etiketləmə tələbləri, həmçinin məhsulların keyfiyyəti və yararlılıq müddəti yoxlanılacaq.  Qanunvericiliyə əsasən dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, istifadəsi qadağan edilmiş və yararlılıq müddəti bitmiş preparatların istehsalına, idxalına, saxlanmasına və satışına yol verilmir. Zəhərli maddələr yalnız xüsusi təhlükəsiz anbarlarda saxlanmalı, yanğınsöndürən vasitələr və havalandırma sistemi ilə təmin edilməlidir. Aşkar ediləcək qeyri-qanuni və istifadəyə yararsız preparatlar “Cəngi pestisid poliqonu”na daşınaraq təhlükəsiz şəkildə zərərsizləşdiriləcək.  AQTA xəbərdarlıq edir ki, sahibkarlar qanunvericiliyin bütün tələblərinə ciddi əməl etməli və məhsulların təhlükəsiz dövriyyəsini təmin etməlidirlər.  Monitorinqlərə dair videoçarxla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Gəncə və Göygölün bir sıra ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
Gəncə və Göygölün bir sıra ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ticarət obyektlərində yoxlama keçirilib. Baxış zamanı bir sıra mağazalarda müşayiətedici sənədləri olmayan, aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. İçkilərin kustar üsullarla başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, qablaşdırılmasının kəskin fərqləndiyi, etiket məlumatlarında istehsalçı və istehsal ünvanı barədə məlumatın olmadığı və saxta VÖEN göstərildiyi məlum olub. Belə ki, Gəncə şəhərinin Ş.İ.Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Azər Ələkbər oğluna məxsus mağazada “Naturel” və “Беленькая Водка”, Atatürk prospekti, ev 83 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ələkbərov Elgün Aydın oğluna məxsus mağazada “Ağsu”, Göygöl şəhərinin A.Kazımov küçəsində fəaliyyət göstərən fiziki şəxs Aslanov Raqif Qədir oğluna məxsus “Əkizlər” marketdə “Organic Brand”, Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən fiziki şəxs Abbasov Elçin Ələddin oğluna məxsus “Çinar” marketdə “Premium Organic”, “Organic Росинка”, “Mypaва”, Aşıqlı kəndində fəaliyyət göstərən fiziki şəxs Quluyev Cavid Şəmsəddin oğluna məxsus “Gilavar” marketdə “Organic Росинка”, Yeni Qızılca kəndində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Elnur Şahvələd oğluna məxsus “BEH” marketdə “N1 Organic” əmtəə nişanlı saxta araqlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Multimedia

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV