Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Dr. Əmna bint Abdullah əl Dahak əl Şamsi arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi mərhələyə daxil olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Qoşqar Təhməzli BƏƏ-nin qlobal iqlim və ətraf mühit təşəbbüslərində, xüsusilə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində fəal iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, son illərdə iki ölkə arasında xüsusilə idxal-ixrac sahəsində səmərəli əməkdaşlıq dinamik şəkildə genişlənir.  Xanım əl Şamsi öz növbəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu layihəsinin əhəmiyyətini vurğulayıb. Daha sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd olunub ki, sənəd yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması və məhdudlaşdırılması üzrə səylərin dəstəklənməsini, heyvan sağlamlığı və ictimai sağlamlığın qorunması, sağlamlıq və baytarlıq sertifikatlarının nümunələrinin mübadiləsi daxil olmaqla, qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyir.  Görüş zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti altında olan ixracyönümlü məhsulların BƏƏ bazarına çıxışının genişləndirilməsi, həmçinin diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri ətraflı müzakirə edilib. Eyni zamanda bitki və heyvan sağlamlığı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və laboratoriya sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.  Yekunda tərəflər görüşün aqrar və qida təhlükəsizliyi istiqamətində əməkdaşlığın yeni mərhələyə keçidinə töhfə verəcəyini bildiriblər.

Qida təhlükəsizliyi sahəsində Azərbaycan–Serbiya əməkdaşlığına dair Saziş imzalanıb
Qida təhlükəsizliyi sahəsində Azərbaycan–Serbiya əməkdaşlığına dair Saziş imzalanıb

Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş imzalanıb. Sənədin əsas məqsədi hər iki ölkə arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahələrində fəaliyyətin gücləndirilməsi, həmçinin qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin “tarladan süfrəyədək” prinsipi əsasında təmin olunmasından ibarətdir. Saziş çərçivəsində qida məhsullarının idxal, ixrac və təkrar ixracına dövlət nəzarətinin milli qanunvericilik və beynəlxalq prinsiplərə uyğun həyata keçirilməsi, habelə mütəxəssislər arasında təcrübə mübadiləsinin təşkili nəzərdə tutulur. Eyni zamanda, heyvan mənşəli məhsullar üzrə baytarlıq sertifikatlarının qarşılıqlı razılıq əsasında təkmilləşdirilməsi və qadağan olunmuş yaxud məhdudlaşdırılmış məhsullar barədə operativ məlumat mübadiləsinin aparılması sənədin mühüm bəndlərindəndir. Bundan əlavə, tərəflər risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi və yoxlama prosedurlarının şəffaflığının təmin olunması istiqamətində sıx əməkdaşlıq edəcəklər. Bu addım iki ölkə arasında ticarət dövriyyəsinin asanlaşdırılmasına və istehlakçıların sağlamlığının etibarlı şəkildə qorunmasına xidmət edəcəkdir.

Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib

Xaçmazda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib.  Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xaçmaz, Quba və Qusar rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, son dövrlərdə qəhvəyi mərmər bağacığı ölkəmizin ixrac potensialında mühüm yer tutan meyvəçilik, xüsusilə fındıqçılıq sektoru üçün birbaşa və ciddi təhdid formalaşdırır. Zərərvericinin artıq Şəki-Zaqatala iqtisadi rayonu ilə yanaşı, Quba-Xaçmaz bölgəsinin meyvə bağlarında da müşahidə olunduğunu qeyd edən nazir xüsusilə Xaçmaz, Quba və Qusar rayonlarında qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının artdığını vurğulayıb. Bağacığa qarşı mübarizə tədbirlərinin effektivliyini qorumaq üçün bioloji mübarizə imkanlarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə planlı dərmanlanması, məlumatlandırma tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb edilməsinin vacibliyi qeyd olunub. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib.  Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Multimedia

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV