Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA və Fransa Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında görüş keçirilib
AQTA və Fransa Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Fransa Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Heyvandarlıq üzrə Tətbiqi Tədqiqat və Texniki İnstitutunun (IDELE) nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sahəsində təcrübə mübadiləsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Azərbaycanda Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub. Tədbir zamanı Fransada heyvanların identifikasiyası və qeydiyyatı sisteminin təşkili, heyvanların fərdi identifikasiyası, məlumatların elektron qaydada qeydiyyatı və idarə olunması, aidiyyəti informasiya sistemləri ilə inteqrasiya, eləcə də heyvanların hərəkətinin izlənilməsi və məlumatların uçotu üzrə tətbiq olunan yanaşmalar barədə təqdimatlar keçirilib. Görüşdə HİQS-in texniki və institusional aspektləri, informasiya texnologiyalarından səmərəli istifadə, məlumat bazalarının idarə olunmasında Fransa təcrübəsi və sistemin inkişaf etdirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda heyvanların identifikasiyası və qeydiyyatı sahəsində Azərbaycan və Fransa arasında əməkdaşlığın, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib